İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan səfiri və İrəvan rəhbəri Buçada - FOTO

734 02.06.2024 20:55 Dünya A A

Ermənistanın Ukraynadakı səfiri Vladimir Karapetyan və İrəvanın Nor-Nork inzibati ərazi dairəsinin rəhbəri Tiqran Ter-Marqaryan Ukraynanın Buça şəhərinə səfər ediblər.

Musavat.com erməni mediasına istinadən bildirir ki, bu barədə Buça şəhər administrasiyası Instagram platformasında məlumat yayıb.

Məlumata görə, qonaqları şəhər şurasının binasında Buçi şəhərinin meri Anatoli Fedoruk, onun müavini Anlina Saranyuk ilə birlikdə qarşılayıb. Görüş zamanı Buçi icması ilə İrəvanın Nor-Nork rayonu arasında əməkdaşlığın qurulması imkanları müzakirə olunub.

Ermənistan nümayəndə heyəti Buçidəki orta tibb müəssisələrinə də dərman şəklində humanitar yardım bağışlayıb.

“Biz Ukrayna xalqının öz azadlığını və müstəqilliyini döyüş meydanında müdafiə edən cəsarəti ilə fəxr edirik. İrəvan şəhəri və Nor-Nork bölgəsi Rusiya təcavüzündən əziyyət çəkən Buça və digər icmalara həmişə dəstək olacaq. Bu humanitar yardım bizim həmrəyliyimizin kiçik bir hissəsidir”, - deyə Tiqran Ter-Marqaryan vurğulayıb.

Buçi şəhər administrasiyasının məlumatına görə, əcnəbi qonaqlar həlak olan 509 mülki şəxsin xatirəsinə ucaldılmış abidənin qarşısında günahsız qurbanların xatirəsini yad ediblər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR