İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan Rusiyaya NOTA VERDİ

4215 24.10.2023 20:42 Son xəbər A A

Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb.

Musavat.com TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Səfirin çağırılmasına səbəb Rusiyanın Birinci Kanalında yayımlanan verilişdə Ermənistanın baş naziri Nikol Paşinyanla bağlı səsləndirilən ifadələrdir.

Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatına görə, İrəvan hesab edir ki, oktyabrın 23-də yayımlanan verilişdə “yüksək rütbəli Ermənistan rəsmilərinə ünvanlanmış təhqiramiz və tamamilə qəbuledilməz bəyanatlar” yer alıb:

“Rusiya Federasiyasının Ermənistandakı səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb, görüş zamanı səfirə müvafiq etiraz notası verilib”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR