İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan parlamentində iqtidar və müxalif deputatlar arasında gərginlik çıxıb  

512 29.05.2024 16:05 Siyasət A A

Ermənistan parlamentinin daimi komissiyalarının birgə iclasında 2023-cü il dövlət büdcəsinin icrasına dair hesabatın müzakirəsi zamanı müxalifətlə iqtidaryönlü deputatlar arasında dava düşüb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Vəziyyət parlamentdə “Ermənistan” müxalifət blokundan olan deputat Qeqam Manukyanın sualı ilə gərginləşib. Manukyan daxili işlər naziri Vahe Kazaryanın parlamentə gəlməməsinin və komissiyaların iclasında iştirak etməməsinin səbəbini soruşub.

“Gündəliyə daxili işlər naziri Vahe Kazaryan da daxildir. O, haradadır? Yoxsa qorxur?”, – deyə erməni deputat soruşub

Onun bu sözlərinə iclasa sədrlik edən parlamentin Müdafiə və təhlükəsizlik daimi komissiyasının rəhbəri, hakim “Vətəndaş Sazişi” partiyasından olan deputat Andranik Köçəryan müdaxilə edib.
Daha sonra müxalif “Ermənistan” blokunun digər deputatı Aqvan Vardanyan söhbətə daxil olub. O, xüsusilə Köçəryanı təmkinli olmağa çağırıb. “O barmağını endir”,- deyə erməni deputat Andranik Köçəryana səslənib.

Vardanyanın bu sözləri Köçəryanı daha da özündən çıxarıb. O, müxalif həmkarını görüşü pozmaq cəhdində ittiham edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR