İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan parlamenti sədrinin müavini: “Müqəddəslərin” qəlbində yığılan nifrət onların beynini də qaraltmağa başlayıb

581 30.05.2024 15:27 Siyasət A A

Ola bilsin ki, hörmətli müqəddəslərin qəlbləri nifrətlə o qədər dolub ki, bu, onların mühakiməsinə kölgə salmağa başlayıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin hakim Vətəndaş Müqaviləsi partiyasından olan vitse-spikeri Ruben Rubinyan mayın 30-da öz Facebook səhifəsində yazıb.

“Bunun belə olduğunu söyləməyi öz öhdəmə götürməyəcəyəm, amma bu bir fərziyyədir. Ola bilsin ki, bütün ermənilərin katolikosu II Qareginin rəhbərlik etdiyi müxalifət hərəkatı tabeliyində olanların emosional fonuna mənfi təsir göstərməyə başlayıb. Bunlar Azərbaycana hücum etməyə çağırmaq kimi istənilən rəzilliyə hazırdırlar”, - deyə Rubinyan qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR