İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan ordusu ŞOKDA 

2153 07.08.2023 17:14 Son xəbər A A

Ermənistanda müqavilə əsasında xidmət göstərən hərbi qulluqçular ordudan ayrılırlar.

Musavat.com “Caliber” teleqram kanalına istinadən xəbər verir ki, bu barədə Ermənistanın “Aravot” qəzetinin keçmiş jurnalisti Voskan Sərkisyan məlumat yayıb.

Onun sözlərinə görə, Ermənistan ordusunun Tavuş (Tovuzqala - red.) rayonunun sərhəd hərbi hissələrində xidmət edən müqaviləli hərbçilərin ixtisarı başlayıb. Erməni jurnalistin bildirdiyinə əsasən, hərbçilər dövlət qulluqçularının yüksək maaşlarla yanaşı, böyük mükafatlar almasından, Ermənistan silahlı qüvvələrinin mənsublarının maaşlarının isə çox aşağı olmasından və artmamasından narazıdır.

Məlumata əsasən, müddətdən kənar xidmət edənlərin əksəriyyəti Ermənistan Müdafiə Nazirliyi ilə müqavilənin müddətinin bitməsini gözləmədən istefa ərizələrini təqdim edirlər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR