İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan namərd körpüsüdür - bütün pisliklər oradan keçir

1956 22.10.2022 23:11 Yazarlar A A

İran Ermənistandan keçən nəqliyyat dəhlizini açmaq istəyir, işin içində Hindistan da var

Ağrı dağının arxasındakı büzüşmüş Ermənistanın birdən-birə belə “cəlbedici ölkəyə” çevrilməsi yaxşı əlamət deyil. Son zamanlar Ermənistan dünyanın hər yerindən yüksək səviyyəli rəsmilərin müntəzəm səfərlərinin mərkəzinə çevrilib. 

Ermənilər sevinc qarışıq, həm də ciddi tərəddüd içərisindədirlər. Ağıllı politoloqları deyirlər ki, bu qonaq-qaranın oyununa gəlmək ermənilərə xeyir gətirməyəcək. Onlara hələ ki, qulaq verən yoxdur. Ermənilər əslində, hər zaman belə korazehin olublar, siyasi oyunbazlıqları sonda öz başlarında çatlayıb. Regionun ən zəif bəndi kimi indi gələnlər də başlarına kəndir atır. İpə çıxarıb, sonra ayaqlarının altındakı kötüyü vurub aşıracaqlar. Çünki bu ölkə və millətin nə regionda, nə dünyada öz əlinə oynaya biləcək potensialı yoxdur, onlar həmişə kimlərinsə oyununda alətdirlər. 

“Bir cəbhə Rusiyaya qarşı, bir cəbhə Azərbaycana qarşı, bir cəbhə Türkiyəyə qarşı...Hətta indi Ermənistan üzərindən regiondan uzaq Pakistan və İsrailə qarşı da oyunlar gedir”

Rusiyanın boyunduruğu altından qaçıb indi özlərini hara gəldi soxurlar. Amerika, Fransa, İran, Hindistan...Bir cəbhə Rusiyaya qarşı, bir cəbhə Azərbaycana qarşı, bir cəbhə Türkiyəyə qarşı...Hətta indi Ermənistan üzərindən regiondan uzaq Pakistan və İsrailə qarşı da oyunlar gedir. Ermənistan indi namərd körpüsüdür, bütün pisliklər oradan keçirlər.

1558964842843514177.jpg (199 KB)

İranın Qafanda konsulluq açması gövdə göstərisi deyil, Zəngəzur dəhlizinə görə təzyiqlərlə üzləşən Ermənistana, olsa-olsa diplomatik dəstəkdir. Amma İranın Ermənistanın qolundan tutub...Qara dənizə çıxarmaq istəyi ciddi gəlişməlidir. Söhbət Fars körfəzi-Qara dəniz beynəlxalq nəqliyyat dəhlizindən gedir. 

Bu marşrut Ermənistan ərazisindən keçməklə İranı Avropa ilə birləşdirməlidir. Məlumdur ki, Fars körfəzi - Qara dəniz nəqliyyat dəhlizinin   yaradılmasını İran hakimiyyəti hələ 2016-cı ildən gündəmə gətirib, hətta Azərbaycanın nmümkün iştirakı haqda da müzakirələr vardı. Amma görünür ki, indi qlobal böhran fonunda bu layihənin Ermənistan üzərindən reallaşdırılması Tehran üçün fürsətdir. Çünki Ermənistan 44 günlük müharibədən sonra İrana münasibətdə daha da itaətkar olub. Zəngəzur dəhlizi isə regionda Rusiya, Azərbaycan və Türkiyənin maraqlarına cavab verir ki, bu da Ermənistandan daha çox İranı narahat edir. O səbəbdən Tehran vəziyyəti öz lehinə dəyişmək istəyir və itirmək istəmədiyi Avropa bazarına çıxarmaq üçün yeni yollar axtarır. 

1732444.jpg (136 KB)

Fars körfəzi - Qara dəniz dəhlizi Süveyş kanalı ilə keçən marşrutdan qısadır və yüklərin çatdırılması xeyli ucuz başa gələcək. Rusiya mediası yazır ki, yeni marşrut Cənubi İranın Bəndər Abbas limanından başlayır və bütün İran ərazisindən keçərək Ermənistana, oradan Gürcüstanın Poti və Batumi limanlarına çatır. Oradan yük gəmilərlə Bolqarıstanın Burqas və Varna limanlarına, oradan isə Yunanıstana və Avropanın qalan hissəsinə getməyi hədəfləyir. Ermənistan İranın dəstəyi ilə alternativ marşrut, dənizə çıxış əldə edir. İran məhz bu marşrutu kerçəkləşdirməklə həm də İrəvanı Zəngəzur dəhlizinə razılaşmamağa həvəsləndirir. 

images.jpg (7 KB)

Maraqlıdır ki, indi regional oyunlara uzaq Asiyadan daha bir ölkə də qoşulmaq istəyir. Belə ki, Hindistan Fars körfəzi-Qara dəniz marşrutunun icrası üçün Ermənistanın mühüm strateji tərəfdaşına çevrilmək niyyətindədir. Hindistanın ermənilərə silah alverini genişləndirməsi Rusiyanın xoşuna gəlməyəcək, amma ermənilər qəpik-quruşa və ya borca silah aldıqları üçün Moskva bunu o qədər də qıcıqla qarşılamayacaq. Hindistan sanksiyalarla üzləşən Rusiyadan neft ixracını dəfələrlə artırıb və bir-iki silaha görə Moskva onunla cəbərləşməyəcək. Amma Hindistanın da marağı təkcə silah satmaq deyil. Hindistan Pakistanın Azərbaycanın yanında yer almasından, Türkiyə-Azərbaycan-Pakistan hərbi əməkdaşlığının genişlənməsindən narahatdır. Azərbaycanın Kəşmir məsələsində mövqeyi Hindistanı narazı salır və o səbəbdən, Ermənistan üzərindən regiona təsir rıçaqları tapmaq istəyir. Ermənistanla silah-sursat ticarətindən başqa İrəvanla Nyu Dehli hərbi əməkdaşlığın möhkəmlənməsi, kəşfiyyat məlumatlarının mübadiləsi və "terror təhlükəsi ilə mübarizə" üçün ümumi mərkəzi yaratmaq niyyətindədirlər. Ermənistan-İran-Hindistan “üç muşketyor” kimi ortaq maraqlar peşindədirlər...

Qurd arxasınca qurd salıb gətirir, çaqqal isə...

Nazim SABİROĞLU, 
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR