İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan müxalifəti parlamentə qayıdır

942 11.11.2022 14:33 Region A A

“Gələn həftə parlamentin iclasında iştirak edəcəyik. Lakin bu o demək deyil ki, Nikol Paşinyan hakimiyyətinə qarşı mübarizə davam etməyəcək”.

Musavat.com erməni mediasına istinadla xəbər verir ki, bu barədə müxalif deputat, parlamentin insan hüquqları və ictimai məsələlər üzrə daimi komissiyasının rəhbəri Taqui Tovmasyan feysbuk səhifəsində məlumat yayıb.

Erməni deputat küçədə Nikol Paşinyanın hakimiyyətini sarsıtmağa yönəlmiş digər mübarizə formalarından da istifadə olunacağını qeyd edib:

“İndiyə qədər biz parlament rıçaqlarından sırf mübarizə aləti kimi istifadə etmişik. Bizim mövqeyimiz dəyişməyib. Bir daha təkrar edirəm - hakimiyyəti aradan qaldırmaq üçün əlimizdə olan bütün vasitələrdən yararlanacağıq. Milli Assambleyada olmaq və küçə mübarizəsi bir-birini inkar edən proseslər deyil”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR