İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan İcevan-Qazax istiqamətində HƏRƏKƏTƏ KEÇDİ: Paşinyandan son dəqiqə AÇIQLAMASI

3950 14.01.2026 15:18 Gündəm A A

Ermənistanın baş naziri Nikol Paşinyan İcevan-Qazax istiqamətində yeni infrastruktur layihələrinin həyata keçiriləcəyini bəyan edib.

Musavat.com KONKRET.az-a istinadən xəbər verir ki, İrəvanda keçirilən “Ermənistan və dünya: risklər və imkanların kəsişməsində” adlı konfransda çıxış edən Paşinyan maraqlı məqamlara toxunub.

O bildirib ki, Ermənistan-Türkiyə sərhədində yerləşən bəzi keçid məntəqələrində körpülərin tikintisinə ehtiyac yaranacaq.

Paşinyan Minskə getməyəcək | Modern.az

“Yəqin ki, Armavir vilayətindəki ‘Marqara’ sərhəd-keçid məntəqəsində və Şirakdakı ‘Axurik’ keçid məntəqəsində körpülər inşa olunmalıdır”, – deyə Paşinyan vurğulayıb.

O, həmçinin bu ərazilərdə və Naxçıvanla sərhəddə yerləşən Yerasx bölgəsində gömrük və sərhəd terminallarının qurulmasının vacibliyini dilə gətirib. Baş nazir İcevan-Qazax istiqamətində də yeni infrastruktur həllərinin mümkünlüyünü istisna etməyib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR