İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan hərbçimizə bu maddələr üzrə ittiham ELAN ETDİ - SON DƏQİQƏ

2660 29.02.2024 10:34 Son xəbər A A

Xəbər verdiyimiz kimi, dünən səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Ruslan Eldəniz oğlu Pənahov Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.

Musavat.com erməni mətbuatına istinadən xəbər verir ki, Ordumuzun əsgəri Ruslan Eldəniz oğlu Pənahov barəsində Ermənistanda müxtəlif maddələrlə uydurma cinayət işi açılıb.

"Ermənistan İstintaq Komitəsinin dövlət əleyhinə cinayətlərin, konstitusiya quruluşunun əsasları və ictimai təhlükəsizliyin araşdırılması baş idarəsində Ruslan Eldəniz oğlu Pənahova qarşı Cinayət Məcəlləsinin 335-ci maddəsinin 1-ci hissəsi, 340-cı maddənin 1-ci hissəsi, 44-425-ci maddəsinin 1-ci hissəsi və 469-cu maddəsinin 1-ci hissəsi ilə cinayət işi başlanıb" - erməni mediası yazır.

Bundan başqa, əsgərimiz guya təxribata cəhd, milli, dini dözümsüzlük, qanunsuz odlu silah və döyüş sursatı gəzdirmə, qaçaqmalçılıq yolu ilə odlu silah və döyüş sursatı keçirmə, başqalarının həyatı üçün təhlükəli üsulla adam öldürməyə cəhd, həmçinin qanunsuz yolla Ermənistan Respublikasının dövlət sərhədini pozmaqda ittiham olunur.

Ermənistan İstintaq Komitəsinin məlumatına görə, Ruslan Pənaxov müstəntiqin qərarı ilə həbs edilib. Hazırda araşdırma davam edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR