İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan ekoloji terrora davam edir, bu dəfə Arazdəyəndə zavod inşa edəcəklər...

550 07.06.2023 09:58 Gündəm A A

"Ermənistanın həyata keçirdiyi layihələrə etibar etmək olmaz. Zavod işə düşdükdən sonra tullantılar necə utilizasiya olunacaq, maye halında çaylara axıdılacaqmı? kimi sualların cavabları açıqdır".

Bu fikirləri Musavat.com-a AMEA-nın Coğrafiya İnstitutunun şöbə müdiri, seysmoloq alim Ənvər Əliyev dedi. Ekspert xatırlatdı ki, Ermənistan su mənbələri ilə bağlı beynəlxalq sənədlərin heç birini imzalamayıb: "Tullantılar Azərbaycan ərazisinə axıdıla bilər. Bu fəsadlar bizə ziyan vuracaq. Buna hazır olmaq lazımdır. Belə olan halda ekosistemin qorunması ilə bağlı iddia qaldıra bilərik. Bu məsələ ilə məşğul olmaq lazımdır".

Zavodun inşası Ermənistanın növbəti ekoloji cinayəti kimi qiymətləndirilə bilər. Araz çayının bir qolu olan “Şir Arxı” da dəfələrlə ermənilər tərəfindən çirkləndirilib. Bu sərhəddə yerləşən Sədərəkdə mal-qaranın və əkinlərin məhvinə, insanların ciddi xəstəliklərlə üzləşməsinə gətirib çıxara bilər. Çünki təsərrüfatlarda Ermənistandan gələn “Şir Arxı”nın suyundan istifadə edilir. Ümumiyyətlə, Araz çayı, sözün əsl mənasında, Ermənistanın dağ-mədən sənayesi müəssisələrinin kollektoruna çevrilib. Araşdırmalar göstərir ki, hər il Ermənistan ərazisindən keçən 350 milyon kubmetr su kimyəvi maddələrlə çirkləndirilir.

Zavodun inşası ilə Ermənistan həm də növbəti təxribatını törədir ki, bunun nəticəsi ürəkaçan olmayacaq.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR