Ermənistanda iyunun 7-nə təyin edilmiş parlament seçkilərində 2 milyon 489 min 31 vətəndaşın səsvermə hüququ var.
Musavat.com erməni mediasına istinadən bildirir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının bəyanatında deyilir.
MSK fevralın 11-nə olan məlumatları təqdim edib.
Bildirilir ki, ən çox - 238 979 seçici Kotayk bölgəsindədir, 843 278 seçici ilə İrəvan ikinci yerdədir.
Armavir bölgəsi 224 696 seçici ilə İrəvanı izləyir. Vayots Dzor bölgəsi isə ən az seçici sayına malikdir - 43,751.
İstisna olunmur ki, bunlar şişirdilmiş rəqəmlərdir. Çünki erməni ekspertlər dəfələrlə bildiriblər ki, 2026-cı ilin əvvəlinə olan məlumatlara görə, Ermənistanın daimi əhalisinin real sayı təxminən 2,93 - 3,08 milyon nəfər arasındadır.
Belə olduğu təqdirdə seçici sayının az qala ölkə əhalisinin sayına “çatdırılması” seçkilərdə saxtakarlığa hazırlıq məqsədi daşıyır.
Musavat.com






