İnsanlara hürriyət, millətlərə istiqlal!

225 milyon km uzaqdan gələn heyrətamiz kadrlar – Marsda ilk dəfə VİDEO

5210 26.06.2026 01:59 Maraqlı A A

NASA-nın Curiosity marsoxodu Marsın gecə səmasını ilk dəfə belə aydın şəkildə görüntüləyib. Kadrlarda milyardlarla ulduzun Qırmızı planetin səmasında parlaq zolaq şəklində uzandığı görünür.

Musavat.com xəbər verir ki, çəkiliş Yer kürəsindən 225 milyon kilometrdən çox məsafədə həyata keçirilib.

Curiosity 2012-ci ildə Marsın Qeyl kraterinə eniş edib və 12 ildən artıqdır ki, planetdə elmi tədqiqatlar aparır. Marsoxod bu müddət ərzində Yerə çoxsaylı unikal görüntülər və elmi məlumatlar göndərib.

Bu ilin aprelində aparat Marsda indiyədək aşkar edilməmiş üzvi molekullar da müəyyən edib. Alimlər hesab edirlər ki, bu tapıntı Marsın keçmişdə həyat üçün uyğun kimyəvi şəraitə malik ola biləcəyinə dair ən mühüm dəlillərdən biridir. Bununla belə, bu, planetdə həyatın mövcud olduğunu təsdiqləmir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR