İrəvan Ağsaqqallar Şurasının "Ana Ermənistan" fraksiyasını təmsil edən üzvü Sarqis Ter-Yesayan 23 iyunda şəhər meriyasında baş verən dava ilə bağlı cinayət işində zərərçəkmiş statusunda tanınıb.
Musavat.com-un erməni mediasına istinadla verdiyi xəbərə görə, İstintaq Komitəsinin sözçüsü Kima Avdalyan yerli mediayafaktı təsdiqləyərək bildirib ki, Ermənistan İstintaq Komitəsi əvvəllər İrəvan Ağsaqqallar Şurasının iclası zamanı baş verən dava ilə bağlı cinayət işi başladıb. İş bir qrup şəxs tərəfindən törədilən fiziki zorakılıq maddəsi ilə araşdırılır ki, buna görə də həbs cəzası nəzərdə tutulur.
İstintaq Komitəsi aydınlaşdırıb ki, işdə iştirak edən digər şəxslər zərərçəkmiş statusuna malik deyil.
Xatırladaq ki, iyunun 23-də İrəvan Ağsaqqallar Şurasının iclası zamanı kütləvi dava düşüb. Münaqişə “Ana Ermənistan” fraksiyasının nümayəndələrinin son parlament seçkiləri zamanı hakim “Mülki müqavilə” partiyasını səslərin saxtalaşdırılmasında ittiham etməsindən sonra başlayıb. “Ana Ermənistan”ın bəzi nümayəndələri digər müxalifət qüvvələrinin, o cümlədən “Çiçəklənən Ermənistan”ın siyahıları ilə seçkilərdə iştirak etmişdilər.
Musavat.com






