İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan dünya ölkələri üçün narkotik deposuna dönüb

309 22.05.2023 12:13 Kriminal A A

Ermənistan Milli Təhlükəsizlik Xidməti və Rusiya sərhədçiləri İrandan Meğriyə narkotik, silah və sursat qaçaqmalçılığının qarşısını alıblar.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, keçirilən əməliyyat tədbirləri nəticəsində cinayət sxemi ilə məşğul olan 3 Ermənistan vətəndaşı saxlanılıb. Burada ümumi çəkisi 10 kq-dan çox olan 20 müxtəlif bağlamada narkotik vasitə və 2 döyüş tapançası götürülüb.

Xatırladaq ki, ötən həftə Ekvadordan Ermənistana göndərilməsi nəzərdə tutulan 2,7 ton təmiz kokainin İtaliya hüquq-mühafizə orqanları tərəfindən yaxalanmışdı.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR