İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan ciddi hərbi əməliyyata hazırlaşır - TƏCİLİ

2361 11.04.2023 18:29 Son xəbər A A

Azərbaycan tərəfi düşmənin canlı qüvvəsi və ağır texnikasının Laçın istiqamətində cəmlənməsini müəyyənləşdirir.

Musavat.com xəbər verir ki, "Caliber" məlumat yayıb.

"Ermənistan artilleriya və zirehli qüvvələr toplayır və İrəvan ciddi hərbi əməliyyata hazırlaşır. Görünür, rəhbərlik “yerdə” vəziyyəti dəyişmək qərarına gəlib" - məlumatda bildirilir.

Bundan başqa, "Caliber"in xəbərinə görə, Ermənistan tərəfi PUA və artilleriyadan istifadə edir.

Qeyd edək ki, aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub. Qarşı tərəfin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub və yaralanıb. Qeyd olunan istiqamətdə yerləşən bölmələrimiz tərəfindən görülən zəruri tədbirlər nəticəsində qarşı tərəf xeyli sayda itki verib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR