İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan ÇALXALANIR - məmurlar təşvişdə

1327 09.08.2023 15:29 Region A A

Ermənistanın baş prokuroru Anna Vardapetyanın hərəkətləri yerli ictimaiyyəti təəccübləndirməkdə davam edir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bununla bağlı yerli “Joxovurd” qəzetində maraqlı məlumat yayılıb.

Qəzetin xəbərinə görə, Vardapetyan müavini Artur Poqosyana prokurorluğun 5 şöbəsinə nəzarət etməyi tapşırıb, lakin aylar sonra vəziyyət dəyişib.

“Bizdə olan məlumata görə, o, Milli Təhlükəsizlik Xidmətinə və Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə nəzarət səlahiyyətini Artur Poqosyandan alıb. Həmin idarələrə Anna Vardapetyan şəxsən üzü kuratorluq edir”, - deyə yazıda bildirilir.

Məlumata görə, Ermənistanda xüsusilə hüquq-mühafizə orqanları arasında bir-birinə etibar edən məmur demək olar ki, qalmayıb. Media bunu qorxu mühiti ilə əlaqələndirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR