İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan Azərbaycanın tələbləri qarşısında GERİ ADDIM ATIR - SENSASİON GƏLİŞMƏ

1872 23.12.2023 15:50 Region A A

Son zamanlar Ermənistanın revanşist addımları daha da artır. Paşinyan hakimiyyəti sülh danışıqları ilə bağlı pozitiv açıqlamalar versə də, əməllərində bu hiss olunmur. Azərbaycan tərəfi dəfələrlə sülh danışıqlarına hazır olduğunu bəyan edərək şərtlərini açıqlayıb. Ermənistan da sülh danışıqlarından yana olduğunu sözdə deyir, ancaq, əməldə bunu göstərmir. Belə ki, Qarabağ separatçılarının keçmiş lideri Samvel Şahramanyanın qondarma qurumu buraxdığı barədə əvvəlki qərarını ləğv etməsi və Ermənistanın buna qarşı sərt addım atmaması müşahidə edilirdi. Ancaq Azərbaycan tərəfi bu məsələdə sərt mövqeyini ortaya qoydu. Rəsmi Bakı hesab edir ki, Şahramanyan bu qərarı özbaşına, müstəqil qəbul edə bilməzdi və bunun arxasında baş nazir Nikol Paşinyan hakimiyyəti və havadarları dayanır. 

Musavat.com xəbər verir ki, Azərbaycan tərəfdən gələn cavab mesajlarından sonra Ermənistan geri addımlar atır.

Belə ki, “News.am” nəşri Ermənistan baş nazirinin aparat rəhbərinin müavini Taron Çaxoyanın bununla bağlı açıqlamasını dərc edib.

default.png (171 KB)

O qeyd edib ki, Ermənistanda fərman imzalayan ikinci şəxs ola bilməz və yoxdur.

"Ermənistan Respublikasında ikinci hökumət ola bilməz və yoxdur".

Eyni zamanda Şahramanyanın “müşaviri” Vladimir Qriqoryan “Azatutyun”a verdiyi müsahibə bildirib ki, onun açıqlamaları heç bir rəsmi mövqeyi əks etdirmir.

Mülki Müqavilə fraksiyasının katibi Artur Hovhannisyan isə özünü feysbuk səhifəsində yazıb:

f65867ea41193b_65867ea411983.thumb.jpg (35 KB)

“Samvel Şahramanyan kimdir ki, İrəvanda fərman imzalasın? Ermənistanda yalnız və müstəsna olaraq Ermənistan Respublikasının qanuni rəhbərliyinin fərman və qərarları qüvvədədir. Buna qarşı çıxan və ya mübarizə aparan hər hansı təşəbbüs dövlət əleyhinə fəaliyyət kimi qiymətləndiriləcək, qanundan kənar sayılacaq və dövlət tərəfindən ən sərt tədbirlər görüləcək. Ermənistanı yeni hərbi təxribata cəlb etməyə çalışanların bütün planları alt-üst olacaq, müəllifləri ciddi şəkildə cəzalandırılacaq”.

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR