İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan Azərbaycan bayrağının yandırılmasını cinayət əməli saymayıb

653 15.04.2023 11:08 Son xəbər A A

Ermənistanın İstintaq orqanı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağını yandıran erməni dizayner Aram Nikolyanın hərəkətində cinayət tərkibinin olmadığını bildirib.

APA "SputnikArmenia"ya istinadən xəbər verir ki, bu barədə onun vəkili Aleksandr Qoçubayev məlumat verib.

"Çox yaxşı haldır ki, istintaqın ilkin mərhələsində istintaq orqanı cinayət tərkibinin olmadığını bildirib. İlkin məlumata görə, ona cinayət işi açılmayacaq" - o bildirib.

Vəkil əlavə edib ki, istintaq orqanı cinayət işinin başlanmaması barədə qərar qəbul edib və materiallar prokurorluğa göndərilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR