İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan Avropa müşahidəçi missiyasından dörd əllə yapışıb

473 14.11.2023 16:02 Son xəbər A A

“Ermənistanda müşahidəçilərin sayının genişləndirilməsi və onların imkanlarının gücləndirilməsi ilə bağlı qərar var”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan brifinqdə bildirib.

Ovannisyanın sözlərinə görə, bu, onlara müşahidə ilə bağlı daha fəal iş aparmağa, Brüsselə və üzv dövlətlərə müvafiq hesabatlar təqdim etməyə imkan verəcək.

Qeyd edək ki, bir müddət əvvəl Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borel Ermənistandakı missiyasını gücləndirmək və sərhəddəki bəzi nöqtələrə daha çox patrul aparmaq qərarına gəldiyini bildirib.

Bu arada, Moskva dəfələrlə Aİ müşahidəçilərinin Ermənistanda yerləşdirilməsi ilə bağlı narazılığını ifadə edib. Belə ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova hesab edir ki, Aİ-nin Ermənistanda “müşahidə” bazalarının sayının artırılmasının Bakı ilə İrəvan arasında münasibətlərdə sabitlik və sülhün bərqərar olması vəzifəsi ilə heç bir əlaqəsi yoxdur. Onun sözlərinə görə, Aİ üzvləri son dərəcə qeyri-şəffaf davranış nümayiş etdirirlər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR