İnsanlara hürriyət, millətlərə istiqlal!

"Ermənistan Avropa Ağır Atletika Federasiyasından birdəfəlik çıxarıla bilər"

1598 15.04.2023 14:09 Son xəbər A A

"Avropa Ağır Atletika Federasiyasının xüsusi konstitutsiyası var. Həmin konstitutsiyanın 4-cü maddəsinə əsasən yarışlar sırasında hər hansı bir siyasi fəaliyyətə dair hərəkətlərin törədilməsi qadağandır və bu Ağır Atletika Federasiyasının vacib prinsiplərindən biridir".

Bu sözləri beynəlxalq hüquqşünas Fərhad Mehdiyev Musavat.com-a açıqlamasında deyib. Fərhad Mehdiyev qeyd edib ki, federasiyanın konstitutsiyasına əsasən Ermənistan qurumun üzvlüyündən çıxarıla bilər:

"Konstitusiyanın 15-ci maddəsində İntizam Komissiyasının səlahiyyətlərinə dair bildirilir ki, Federasiyanın üzv dövlətlərindən biri əgər konstitutsiyanın mövcud qanunlarını pozarsa, komissiya müraciət olunan şikayət və ya hadisəyə uyğun olaraq qərar qəbul edir. Bu qərarların arasında üzr istətmə, müəyyən müddətə Federasiya üzvlüyündən kənarlaşdırma və yaxud birdəfəlik üzvlükdən çıxartma kimi sanksiyalar var.

Beləliklə, Azərbaycan baş vermiş hadisə ilə bağlı Avropa Ağır Atletika Federasiyasına şikayət ünvanlamalı, məsələnin araşdırılmasını tələb etməlidir".

Xatırladaq ki, aprelin 14-də Ermənistanın paytaxtı İrəvan şəhərində ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağı rəsmi akkreditasiya olunmuş şəxs tərəfindən nümayişkəranə şəkildə yandırılıb. Hadisə ilə bağlı Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi birgə bəyanat yayaraq, Azərbaycan idmançılarının vətənə qayıtması barədə qərar qəbul edildiyi bildirilib.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR