İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan 44 günlük müharibədəki itkiləri açıqladı -RƏSMİ

3103 21.03.2022 17:54 Region A A

Ermənistanın İstintaq Komitəsi 44 günlük müharibədə ölən və itkin düşənlərin sayını açıqlayıb.

Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. İstintaq Komitəsinin mətbuat xidmətinin məlumatına görə, Qarabağdakı qondarma qurumun və Ermənistanın ölən hərbçilərinin və mülki şəxslərinin ümumi sayı 3822 nəfərdir. 21 mart 2022-ci il tarixinədək 187 hərbçi və 21 mülki şəxs itkin sayılır.

Bildirilir ki, Azərbaycan bu günə kimi əsir götürdüyü 150 əsgəri və mülki vətəndaşı Ermənistana təhvil verib.

İstintaq davam edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR