İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan 4 erməninin ölümünə görə Rusiyanı suçladı

1415 21.02.2024 16:48 Son xəbər A A

Ermənistan Rusiyanı Nerkin Hand kəndi yaxınlığında insidenti dayandırmamaqda ittiham edib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu ittiham Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan tərəfindən səslənib.

Qeyd edək ki, Azərbaycan ordusunun uğurlu əməliyyatı nəticəsində həmin vaxt 4 erməni əsgəri məhv edilib.

“Bilirsiniz ki, Nerkin Hand kəndinə Avropa İttifaqı missiyasının çıxışı yoxdur. Ora yalnız Rusiya Federasiyasının hərbçiləri girə bilirlər. Rusiya insidenti dayandıra bilmədi”, - deyə Armen Qriqoryan bildirib.

Qriqoryan rəsmi Moskvanın son insidentdə Avropanı günahlandırmasına da münasibət bildirib:

“Mən əminəm ki, reallıq başqadır. Aydındır ki, Aİ-nin mülki missiyası sabitləşdirici rol oynayır. Biz onların fəaliyyətini tam dəstəkləyirik və bundan sonra da dəstəkləyəcəyik”.

“Aİ missiyasının hansı səbəbdən Nerkin Hand kəndi yaxınlığındakı hissəyə çıxışı yoxdur” sualına isə Armen Qriqoryan cavab verməyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR