İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ermənisən, ölməlisən...” məntiqi

2871 18.06.2022 23:40 Yazarlar A A

Ermənistan hələ də o ağıldadır ki, nəcisdən düzəltdikləri “artsax” dedikləri “konfeti yeməlidirlər”

İndi belə çıxır ki, biz Bakıda bir fikir deyəcəyik, İrəvandan dərhal “cavab” gələcək. Sonra Ermənistanda nəsə sayıqlayacaqlar, bizim XİN reaksiya verəcək. Sonra yenə və yenə...

Erməni xarici işlər naziri Ararat Mirzoyan Azərbaycan Prezidenti İlham Əliyevin Bakıdakı Forumda çıxışında Ermənistanın sülhün əldə edilməsi prosesində səmimi olmadığı və regionda kommunikasiyaların açılması prosesini əngəlləməsi barədə bəyanatlarına “cavab verib”.

Erməni nazir iddia edib ki, guya Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin bərqərar olması üçün səylər göstərirlər, amma “Azərbaycan da bu istiqamətdə fəal və səmimi addımlar atmalıdır, sülhün bərqərar olması yalnız bir tərəfin səyinin nəticəsi ola bilməz”. Mirzoyanın “məntiqinə” görə, “rəsmi Bakının Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bəyanatları Azərbaycan hakimiyyətinin sülhə nail olmaq istəyinin səmimiliyini şübhə altına alır”.

Ararat Mirzoyan da Antalyaya gedir - Günün Səsi

Mirzoyanın qarnının ağrısını belə dilə gətirib: “Hansı bəyanatlar verilsə də, Artsax ermənilərinin təhlükəsizliyini və bütün hüquqlarını, eləcə də bu məsələdən irəli gələn Dağlıq Qarabağın statusunu qorumaq üçün kifayət qədər təminatlar təmin olunmayana qədər problemlər mövcud olmaqda davam edir”.

Erməni hakimiyyətinin də, xalqının da qanmazlığı da məhz buradan qaynaqlanır. Onlar hələ də o ağıldadırlar ki, nəcisdən düzəltdikləri “artsax” adlı “konfeti yeməlidirlər”.

“Dağlıq Qarabağ yoxdur” məntiqi Azərbaycan Prezidentinin imzası ilə qüvvəyə minmiş fərmanla tənzimlənib. Bolşeviklərin bizim ərazilərdə erməniləri məskunlaşdırması tarixi faktdır və Azərbaycan bu gerçəkliyi qəbul edir. Etməsəydi, Mirzoyanın dilə gətirdiyi yalnız “güc faktoruna” əsaslansaydı, indi Xankəndidə və ətraf ərazilərdə ermənilərin tozu da qalmazdı. Bu xalq azərbaycanlıları Ermənistandakı dədə-baba torpaqlarından qovanda tarixi ayaq altına atıblarsa, bizdən nə üzlə təhlükəsizlik təminatı, status istəyirlər? “Təhlükəsizlik” və “status” məsələsini son vaxtlar yan-yana tez-tez işlətmələrinin səbəbi aydındır. Hansısa bir mini-xalqın təhlükəsizliyi üçün dövlət daxilində status verilməsini bunların olmayan başına kim yerləşdiribsə, onlara dost deyil. Ermənilərə şura hökuməti qondarma Dağlıq Qarabağ Muxtar Vilayəti yaratdı, sonu nə oldu? Ermənilər qudurdu, çörəyini yedikləri, suyunu içdikləri Azərbaycana düşmən kəsildilər, “dövlət” xülyasına düşdülər.

1640621340_xankendi.jpg (90 KB)

Bunlar müharibədə qaçıb getmişdilər Ermənistana, qayıtdılar, bir az özlərinə gəldilər, rusiyalı sülhməramlılara güvənib yenə quruldamağa başladılar. Status əlbəttə ki, olmayacaq. Bunun üçün Azərbaycanın referendumda buna mövqe bildirməsi lazımdır, xalqın cavabı da məlumdur. Amma təhlükəsizliyə gəlincə, rahat oturublar. Başlarına raket yağmır, güllə altında yatmırlar. Torpaqlarımızı əkib-becərirlər, özlərinə ev tikirlər. Təhlükəsizlik daha necə olur? Tam təhlükəsizliyi almaq istəyirlərsə, bunun da yolu var. Azərbaycan qanunlarına tam tabe olmaq. Hansı özünə hörmət edən dövlət onun bayrağını, möhürünü tanımayan topluma status nədir, təhlükəsizlik təminatı verər? Bu gerçəkliyi bilirlər, amma qəbul etmirlər, Azərbaycan rəhbəri də bunu deyir.

150185137ccac6033a1bac6d79ec3945.jpg (267 KB)

Eyni məntiq ATƏT-in Minsk Qrupu həmsədrlərinin formatının olmaması ilə bağlı bəyanatlara da aiddir. Bu da ermənilərin yuxa(zəif) yeridir, “Minsk Qrupu yoxdur” gerçəyi bunları yandırır. Ona görə Mirzoyan yenə bu barədə uzun-uzadı danışıb. Deyib ki, “heç kim həmsədrlərin Dağlıq Qarabağ münaqişəsinin siyasi həllinə kömək etmək üçün verilmiş beynəlxalq mandatını onu müəyyən edən beynəlxalq qurumun müvafiq qərarı olmadan dayandırmayıb və dayandıra da bilməz”. Bu adam necə xarici işlər nazirdir, necə diplomatiya ilə məşğuldur? Nə mandat? Hansı beynəlxalq qurum? Nə Minsk Qrupu? O adını belə çəkməyə lüzum olmayan beynəlxalq təşkilat keçisaqqal Anjey Kasprşikə müftə yeyib yoğunlamaq, həmsədrlərə gedib Xankəndidə tut arağı içmək üçünmü mandat vermişdi? Bu həmsədrlər illərlə ancaq erməniyə xidmət ediblər, bunu hamı bilir. O səbəbdən Mirzoyan hələ də boğazını yırtır ki, “əgər tərəflər həqiqətən də səmimi danışıqlar aparmaq, qarşılıqlı məqbul həll yolları tapmaq, davamlı, hərtərəfli sülhə nail olmaq istəyirlərsə, niyə bu danışıqlar məhz ATƏT-in Minsk Qrupunun həmsədrliyi formatında baş tutmasın?” Ermənistan səmimidirsə, əldə olunan razılaşmalara əməl etsin, “ələkçiyə qıl verən” axtarmasın. Danışıqlar hətta birbaşa da aparıla bilirsə, qıraqdan daha bir vasitəçiyə nə ehtiyac var?

19189.jpg (58 KB)

Nəhayət, ermənilərin daha bir ağrısı da “Zəngəzura Laçın dəhlizi ilə bərabər statusa malik ola bilməz” məntiqsızliyidir. Mirzoyan iddiasını belə əsaslandırır ki, “Dağlıq Qarabağ və Naxçıvan Muxtar Respublikasının fərqli statusları, fərqli qonşuları, fərqli təhlükəsizlik şəraiti var”. Demək, hər işdə balansadan danışan Ermənistan Zəngəzur dəhlizi məsələsi ortaya gələndə bunları “unudur”, müxtəlif bəhanələr uydurur. Sən Laçın dəhlizindən(bundan sonra yeni yol da daxil) müharibə bitəndən bəri istifadə edirsənsə, 10 noyabr bəyanatında üzərinə götürdüyün Naxçıvana gediş-gəlişi niyə təmin etməmisən? Sual budur və buna cavab vermək lazımdır. O səbəbdən Prezident Əliyev “əgər bizə bu gediş-gəliş verilməsə, sülhdən danışmaq çox çətin olacaq və Azərbaycanın Ermənistanla normal birgəyaşayış, normal qonşuluğa yönəlmiş bütün səyləri boşa çıxacaq” dedikdə tam haqlıdır.

Erməni məntiqi isə “ermənisən, ölməlisən” də başqa bir şey demir...

 

Nazim SABİROĞLU,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR