İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənipərəst ittifaq güclənir – TƏHLÜKƏ, yoxsa…

544 16.06.2026 14:46 Dünya A A

Fransa Hindistanın Avropadakı ən güclü müttəfiqinə çevrilməyə başlayıb. Belə ki, Hindistanın baş naziri Narendra Modi Fransasa rəsmi səfəri zamanı mühüm sazişlər imzalayıb, Dehli Avropada əsas tərəfdaş seçilib.

Bəs Fransa-Hindistan yaxınlaşmasının arxasında nə dayanır?

Elxan Şahinoğlu: "İranın Rusiya ilə strateji tərəfdaş olması bizi ciddi  düşündürməlidir"

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Musavat.com-a bildirib ki, Modi Fransaya rəsmi səfəri zamanı bu ölkə ilə xüsusi qlobal strateji tərəfdaşlıq barədə razılığa gəlib.

Onun sözlərinə görə, Modi Makronla danışıqları son dərəcə məhsuldar adlandırıb: “İki ölkə arasındakı münasibətləri yeni səviyyəyə qaldırmağa kömək etdiyini bildirən Hindistanın baş naziri X sosial mediada danışıqların müdafiə, texnologiya, kosmik, təhlükəsizlik, terrorizmlə mübarizə, innovasiya və digər əsas sektorlarda əməkdaşlığın dərinləşdirilməsini əhatə etdiyini yazıb. Modi bildirib ki, ölkələr mineral ehtiyatlar və texnologiya üçün daha güclü təchizat zəncirlərini təmin etmək məqsədilə iqtisadi təhlükəsizlik məsələləri üzrə əməkdaşlığa başlamaq barədə razılığa gəliblər. İki ölkə 2030-cu ilə qədər təxminən ticarət mübadiləsini 30 milyard ABŞ dollarına çatdırmağı planlaşdırıblar. Bununla yanaşı iki ölkə öz aralarında müdafiə, aerokosmik, süni intellekt, təmiz enerji, rəqəmsal texnologiyalar sahələrində əməkdaşlığın genişləndirilməsi kimi sahələrə diqqəti artıracaqlar. Narendra Modi iyunun 14-də Fransanın Nitsa şəhərində keçirilən "Hindistan İnnovasiyaları" (Bharat İnnovasiyaları) tədbirində iki ölkə arasında yüksək texnologiyaların inkişafına xüsusi əhəmiyyət verəcəklərini söyləyib. Görünür, Hindistan süni intellekt sahəsində rəqibi Çindən geri qalmaq istəmir. Beləliklə, Fransa Hindistanın Avropada əsas müttəfiqinə çevrilib. İki ölkə lideri bu ilin fevral ayında da görüşmüşdülər və o zaman strateji tərəfdaşlığın gücləndirilməsini müzakirə etmişdilər. Son beş ildə ikitərəfli ticarət əhəmiyyətli dərəcədə artıb və bu, qlobal iqtisadi qeyri-müəyyənliklər fonunda dayanıqlığı əks etdirir".

Politoloq vurğulayıb ki, mülki nüvə əməkdaşlığı Hindistan-Fransa ikitərəfli münasibətlərinin ən strateji cəhətdən vacib aspektlərindən biri olaraq qalır: "Hindistan Fransanın kosmik çalışmalarından da faydalanmaq istəyir. Fransa Hindistanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının daimi üzvlüyünə namizədliyinə əsas dəstəkləyən ölkələrdəndir. Parislə Yeni Dehli arasındakı strateji tərəfdaşlıq eyni zamanda Çinin regional və qlobal gücünü balanslaşdırmaq məqsədi daşıyır. Parisin Pekinlə dialoqu davam edir. Buna baxmayaraq, Paris Çinin artan siyasi və iqtisadi gücündən narahatdır".

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR