İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilərin yeni hiyləsi - delimitasiya olunmamış əraziləri “özəlləşdirmə” cəhdləri

954 06.04.2023 12:30 Siyasət A A

“Azadlıq” radiosunun Ermənistan təmsilçiliyi vaxtaşırı Ermənistanın Azərbaycanla sərhəd zonalarından reportajlar hazırlayır, yerli sakinləri danışdırırlar. Xüsusi ilə Ordumuz, sərhədçilərimiz yeni yüksəklikləri, əraziləri nəzarətə alanda belə materiallar hazırlanır. Azərbaycan ictimaiyyətinin o bölgədəki ermənilərin təlaşını izləməsi, Paşinyan hökumətinə üsyan püskürmələrini müşahidə etməsi, informativ planda məlumatların əldə olunması baxımından bu, yaxşı haldır. Ancaq burada ermənilərin bir hiyləsi də açıq-aşkar sezilir.

Söhbət ondan gedir ki, ermənilərin hazırda yaşadığı ərazilər tarixi Azərbaycan torpaqları olmaqla yanaşı, hüquqi baxımdan da Azərbaycan ərazisidir. Sadəcə, SSRİ dağılarkən Ermənistan Azərbaycan torpaqlarını işğal etməyə başladı və sərhədlər nə o zaman, nə də ikinci Qarabağ savaşından sonra bəlli deyil. Ermənistan İkinci Qarabağ Müharibəsindən sonra delimitasiya prosesindən boyun qaçırır. Ancaq bu sonsuzadək davam edə bilməz və İrəvan buna məcbur ediləcək. Sərhədlər müəyyənləşən zaman heç şübhəsiz ki, ermənilərin hazırda yaşadığı sərhədyanı kəndlərin - hansı ki, ermənilər indi orada “Azərbaycan kəndimizə girib” kimi uydurmalar səsləndirir - məhz Azərbaycan ərazisi olduğu rəsmi təsdiqini tapacaq. Hər halda, SSRİ dövründə və ondan əvvəlki dövrə aid xəritələr bunu deməyə tam əsas verir. Ona görə də ermənilər hiylə işlədərək, indidən o kəndlərin özlərinin yaşayış məskəni olması kimi rəy yaratmağa çalışırlar və xarici media da bilərəkdən, yaxud da bilməyərəkdən(?) bu işdə ermənilərə kömək etmiş kimi görünür. Faktlar nə deyir? Ermənilərin Azərbaycan Ordusunun nəzarətə götürdüyünü dedikləri zonalarla bağlı biz də təbliğata, reallıqları deməyə başlamalıyıqmı? Hesab olunur ki, bunu indidən etməsək, gələcəkdə təbliğat işində ermənilər üstün götünəcək, çünki hazırda çəkilişlər edib, sanki həmin torpaqları “özəlləşdirirlər”.

63 yaşlı Qafar Çaxmaqlı: “Həmişə hər şeyi sıfırdan başlamışam” - MÜSAHİBƏ

Qafar Çaxmaqlı: “Xəritələr ortaya qoyulanda faktlardan qaçmaq mümkün deyil”

Politoloq Qafar Çaxmaqlı “Yeni Müsavat”a bildirdi ki, ermənilərin son günlər “Azərbaycan bizim ərazilərimizə girib” kimi hay-küylərinin arxasında nəyin dayandığı məlumdur: “Onlar 30 ildən artıq işğalda qalan Azərbaycan torpaqlarında əkib-becəriblərlər, hətta bəzi yerlərdə məskunlaşma həyata keçirilib. SSRİ zamanında indi daha çox adları səsləndirilən Dağdərə ( Qornidzor) və Tığ kəndləri Azərbaycana məxsus olub. Bunun sübutu kimi kənd sakinlərindənn birinin ”Azadutyun" ( Azadlıq) radiosuna verdiyi müsahibədə onun əkib-becərdiyi tarlanın 30 ildir istifadə etdiyini deməsidir. Demək 30 il əvvəl bu ərazi hər baxımdan Azərbaycan torpağı olub". Q.Çaxmaqlı qeyd etdi ki, indiki vaxtda hələ demarkasiya və delimilitasiya işləri aparılmadığından Ermənistan hər hansı əraziyə iddia edə bilər: “Amma xəritələr ortaya qoyulanda faktlardan qaçmaq mümkün deyil. Bildiyim qədər sərhədlərin müəyyənləşməsi ilə bağlı yaradılan komissiya ordumuzun haqlı olaraq nəzarətə götürdüyü bu ərazidə araşdırma aparıb. Ermənilərlə də görüş olub və bundan sonra Paşinyan bəyan edib ki, məsələyə aydınlıq gətirilib və sərhədlərin o hissəsində problem yoxdur. Belə çıxır ki, haqlı olduğumuzu, bu ərazilərin bizim olduğunu sübut etmək üçün güc tətbiq etməliyik. Eyni cür Göyçə sərhədində, İstisu (Cermuk) səmtində də bunu etmişik”.

Q.Çaxmaqlı bildirdi ki, Ermənistanın “suveren ərazilərimizi Azərbaycan tutmuşdur” iddiaları diplomatik tryuklardır: “Mən Qazaxın 7 kəndində də, Naxçıvanın Kərki kəndində də demarkasiya işlərindən əvvəl bu üsulun tətbiqini gözləyirəm. SSRİ zamanında Azərbaycandan Ermənistan verilmiş minlərlə kavadrat kilometrlik ərazilərimiz var. Bir faktın üzərində işləməyin tərəfdarıyam ki, 1918-ci ildə Ermənistan Respublikası elan olunarkən onun ərazisi 9 min kvadrat kilometr idi. Bəs necə oldu ki, SSRİ vaxtı bu ərazilər 29,8 kvadrat kilometrə çatdırıldı?! Biz dünya ictimaiyyətinə bu araşdırmaları təqdim etməliyik. Paşinyan bu faktlardan qorxur və tez- tez ”29, 8 min kvadratkilometrlik Ermənistan ərazisinin qorunması fikrini səsləndirməsi də bu qorxudandır". Politoloq vacib bir məqama toxundu və çağırış etdi: “Mən bu fikirdəyəm ki, Azərbaycan bu əraziləri Ermənistan olaraq tanımamlıdır. Onsuz da 2020-ci il müharibəsindən sonra əldə olunancaq sülh prosesinə Ermənistan getmək istəmir. Səbəbi də məlumdur. Sülh anlaşmasından öncə hər iki ölkənin sərhədləri müəyyənləşməlidir. Bu proses isə çox uzun sürən proses ola bilər. Gürcüstanla Ermənistan arasında demarkasiya və delimitasiya işləri 30 ildən çoxdur ki, davam edir. Bizdə də belə ola bilər. Ona görə də haqqımız olanı ( həm də ”qılınc haqqımız") almaq üçün qərarlı olmalıyıq. Dünyaya da dediyim istiqamətdə mesajlar verməliyik. Necə oldu ki, Ermənistanın ərazisi 9 min kvadratkilometrdən 29,8 kv. kilometrə çatdırıldı. Kimin əraziləri hesabına?.."

Ədalət Verdiyev: Ermənistan Vətən müharibəsi zamanı mülki əhalidən qalxan  kimi istifadə etdi - AZƏRTAC

Ədalət Verdiyev: “Azərbaycan daha əvvəlki xəritələri, SSRİ dövründə verilən əraziləri və sairləri də şərt kimi irəli sürür”

Hərbi ekspert Ədalət Verdiyev bildirdi ki, bu mövzu əslində bir “SOS” siqnalıdır: “Bir erməninin durub deməsi ki, ”bura bizim torpaqdır, azərbaycanlılar işğal ediblər, belə bir iddia reallıqları dəyişdirməz və ümumilikdə delimitasiya məsələlərində Azərbaycanın qoyduğu şərtləri yumşaltmaz. Paşinyan 29,8 min kv.km-lik ərazi tələb edir, “Qarabağı verirəm, Ermənistana dəyməyin”-deyir, biz razı olsaydıq, delimitasiya çoxdan başlamışdı. Biz ona razı olmuruq, Azərbaycan daha əvvəlki xəritələri, SSRİ dövründə verilən əraziləri və sairləri də şərt kimi irəli sürür".

Ə.Verdiyev qeyd etdi ki, informasiya sahəsində bütün bu məsələləri nəzərə almalıyıq: “Ən azından mütəxəssis xəritəni qoymalıdır, həmin erməninin dayanıb müsahibə verdiyi ərazinin koordinatlarını çıxartmalıdır və sübut etməlidir ki, bu ərazilər Azərbaycanın tarixi torpaqlarıdır. Tutaq ki, Tığ kəndinin faktlarla kimə məxsus olduğunu sübut etməliyik. Bu olar doğru addım və doğru cavab”.

Azərbaycan-İtaliya əlaqələrinin böyük perspektivi var"-Tural İsmayılov

Tural İsmayılov

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov bildirdi ki, hazırda Ermənistan fəal şəkildə delimitasiya komissiyalarının işini sabotaj etməklə məşğuldur: “Açıq-aydın təxribatlar törədilir. Ermənistan delimitasiya prosesindən qaçır. Diqqət edilməli üç məqam var. Birincisi, həm Brüssel bəyanatlarında, həm də Rusiya görüşlərinin yekununda delimitasiya komissiyalarının çevik işləməyi ilə bağlı qərarlar var. İkincisi, Şarl Mişel də daxil olmaqla Avropa İttifaqının bir çox siyasətçisi delimitasiya olunmadan əlaqələrin normallaşmasını mümkünsüz hesab edirlər. Üçüncüsü, Rusiya da regional kommunikasiyaların fəaliyyətə başlaması üçün delimitasiyanı vacib hesab etmişdi. Amma Ermənistan tərəfindən sistematik formada Azərbaycan ərazilərinin qəsbindən əl çəkməmək taktikası var”.

T.İsmayilovun sözlərinə görə, əslində Ermənistanın delimitasiya prosesindən yayınmasının konkret səbəbləri var: “Ona görə yayınır ki, birincisi, qanuni Azərbaycan ərazilərini hələ də öz faktiki işğalında saxlasın. İkincisi, bütün xəritələrdə Azərbaycan əraziləri olan yerləri mənimsəməyə davam etmək üçün delimitasiyadan yayınır. Burda daha bir təhlükəli məqam Qərb imperialist mediasının şərti sərhədlərdə tez-tez erməni əhalini danışdırmasıdır”. Politoloq əminliklə qeyd etdi ki, Azərbaycan ərazilərinin “özəlləşdirilməsi” cəhdləri əsla qəbul edilə bilməz: “Biz buna qarşı böyük müqavimət göstərəcəyik”.

İctimai rəy onu deyir ki, Azərbaycan haqlı olduğu üçün bu məsələdə sonadək getməlidir, Ermənistan layiq olduğunu almalıdır. İrəvanı güzəştə getdiyimiz zaman Azərbaycan ərazilərinə iddia etməyəcəyi barədə öhdəlik götürən 9 min kv.km-lik Ermənistan üstündən iki il keçəndən sonra daha 20 min kv.km-lik ərazimizi qopardıb. Xəritələr və faktlar hər şeyi deyir...Dövlətimiz qalib olduğu kimi, həm də humanistdir, ədalətlidir, ermənilər 9 min kv.km-lik ərazilərlə kifayətlənmək istəməsə, yol açıqdır... İki əsr sonra gəldikləri yerlərə dönə bilərlər!    

Elşad PAŞASOY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR