İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilərin Qarabağ savaşını dini müharibə adlandırmaq cəhdi niyə puç oldu? VİDEO

556 09.04.2022 18:15 Region A A

 

Vətən müharibəsinin gedişində ermənilər döyüşləri xristian-müsəlman qarşıdurması kimi qələmə verməyə çalışırdılar. Bununla xristian dünyasının dəstəyini qazanmaq istəyirdilər.

Amma dünya şahid idi ki, bu dini zəmində olan müharibə deyildi, azərbaycanlıların etnik təmizləməyə məruz qalması, öz torpaqlarından didərgin salınıb ərazilərinin işğal olunmasına qarşı bir əks-hücum əməliyyatı idi.

Hətta müharibədən sonra da erməni din xadimləri savaşa, qan tökməyə çağırış ediblər. İstər katalikos I Aram, istərsə Qaregin olsun, erməni xalqını silahlanmağa, ordunu müasirləşdirib mübarizəni davam etdirməyə çağırıb. Bəs onların Qarabağ müharibəsini dini zəmində olan savaş kimi təqdim etmək cəhdləri niyə baş tutmadı? Bu suallara cavab tapmağa çalışmışıq.

QHT-lərə Dövlət Dəstəyi Agentliyi və “Qadın Haqları və Gender Bərabərliyi” İctimai Birliyinin maliyyə dəstəyi ilə “Dini radikallığın milli-mənəvi dəyərlərə göstərdiyi mənfi təsirin qaldırılmasına dair tədbirlər proqramı” çərçivəsində TV Müsavat növbəti baxımlı veriliş hazırlayıb.

Aparıcı Emil Salamoğlu Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini, qazi-jurnalist Nəsimi Şərəfxanlı ilə bu mövzuda söhbətəşib.

Verilişi təqdim edirik:

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR