İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilərin Putinə yalvarışı: sülhməramlıların sayı hansı halda artırıla bilər?

1282 30.03.2022 11:52 Gündəm A A

Separatçıların lideri Rusiya prezidentindən sülhməramlıların sayını və hərbi texnikasını artırmağı xahiş edib; hərbi analitik: “Rusiya Azərbaycanla əlaqələri korlamaq niyyətində deyil”

Qarabağdakı separatçı ermənilərin qondarma “təhlükəsizlik şurası” Rusiya prezidenti Vladimir Putinə sülhməramlıların sayını və hərbi texnikasını artırmaq xahişi edib. “Yeni Müsavat” bildirir ki, müraciətdə separatçıların lideri Araik Arutyunyan 10 noyabr 2020-ci il tarixli üçtərəfli razılaşmanın pozulmasına görə həyasızcasına Azərbaycanı ittiham edib. Üçtərəfli bəyanata görə, rəhbərlik etdiyi qanunsuz silahlıları dərhal Qarabağdan çıxarmalı olan Arutyunyan 8 martdan etibarən Qarabağ ermənilərinin qazsız qalmasına görə də günahı Azərbaycanın üzərinə atmağa cəhd edib.

O, həmçinin, Azərbaycan hərbçilərinin öz mövqelərini irəli çəkdiyinə görə şikayətlənib və Putindən yardım istəyib. Arutyunyanın yalvarış dolu müraciətində bildirilir ki, bəyannamənin müddəalarında nəzərdə tutulmuş sülhməramlı şəxsi heyətin və texniki vasitələrin hazırkı sayı Azərbaycanın hərbi istəklərinin artan xarakterini nəzərə alaraq, Qarabağda sülhməramlı missiyanın tam həyata keçirilməsi üçün kifayət deyil: “Azərbaycanın hazırkı təcavüzünün qarşısını almaq və mövqelərimizi Azərbaycan Silahlı Qüvvələrinin tərkibindən çıxarmaqla yanaşı, Rusiya sülhməramlılarının hazırkı sayına və xidməti maşınların sayına yenidən baxılmasını, habelə müvafiq olaraq həm hərbi, həm də hərbi texnikanın sayını artırmağı xahiş edirik”.

Bu müraciətdə Araikin simasızlığı sərhəd tanımır. Əvvəlcə təxribat törədir, ardınca guya Azərbaycanın təmas xəttini pozması barədə hay-küy qoparır, hətta Fransa və Amerikanın XİN-lərindən Azərbaycanı “əvvəlki mövqeyə” çəkilməyə çağıran bəyanat çıxarmağa nail olurlar, daha sonra isə Putinə bu müraciəti edirlər.

Rusiya bu müraciətə hələ ki müəmmalı şəkildə susur. Bəs bu müraciət nə qədər hüquqi hesab oluna bilər? Bu məsələdə əsas söz sahibi Azərbaycandır və belə bir qərar olarsa, Bakı ilə razılaşdırılmalıdır. Rusiyanın Ukraynada müharibə etdiyi bir vaxtda sülhməramlıların sayının artırılmasını xahiş etmək Moskvanın maraqlarına nə dərəcədə uyğundur? Ola bilərmi ki, Rusiya Müdafiə Nazirliyi ilə separatçıların razılaşması nəticəsində belə bir müraciət ortaya çıxsın?

Ramil Məmmədli: “Orta hesabla erməni silahlı qüvvələrinin əsgər itkisi 10  min nəfərdən çoxdur” - Azinforum.az İnformasiya Portalı

Ramil Məmmədli

Hərbi analitik Ramil Məmmədlinin “Yeni Müsavat”a bildirdiyinə görə, 10 noyabr sənədində sülhməramlıların şəxsi heyəti, silah və texnikası haqda müfəssəl məlumat öz əksini tapıb. Hərbi ekspert xatırlatdı ki, bundan sonra sülhməramlı kontingentin sayının bəyanatda göstəriləndən çox olduğu haqda informasiyalar yer alırdı, amma faktoloji olaraq təsdiqini tapmamışdı: “Ancaq separatçıların bu məsələ ilə bağlı canfəşanlıq etməsinin səbəbi Rusiyadan bir işıqucu görməsidir. Ermənistan Ukrayna hadisələrində də Rusiya tərəfdən çıxış edərək özünü sadiq müttəfiq kimi sübut etməyə çalışır. Lakin Rusiyanın şəxsi heyətin sayını artırmaqla bağlı addımı olarsa, bu, 10 noyabr sənədinə zidd qərar sayılacaq və bir ay əvvəl imzalanmış müttəfiqlik bəyannaməsinin səmimiliyinə kölgə salmış olacaq”.

Hərbi ekspertin fikrincə, üstəlik, Rusiyanın 150 min heyətlə Ukraynada müharibə apardığını nəzərə alsaq, Qarabağda sülhməramlıların sayını artıracağını gözləmək olmaz: “Hətta sülhməramlılardan Ukrayna müharibəsinə aparılır və ən əsası Rusiya Azərbaycanla indiki məqamda münasibətlərini korlamaq istəməz. Rusiya Müdafiə Nazirliyinin Fərrux dağı ilə bağlı açıqlamasına gəlincə, görünür ki, rəsmi Moskvanın razılığı olmadan bu bəyanat yayılmışdı və Kremlin müdaxiləsindən sonra informasiya silindi. O deməkdir ki, Rusiya Azərbaycanla əlaqələri korlamaq niyyətində deyil”.

Arzuxan Əlizadə — Vikipediya

Arzuxan Əlizadə

AMİP sədri Arzuxan Əlizadənin sözlərinə görə, belə müraciət ilk dəfə deyil və bandanın başçısı Araik Moskvaya tez-tez səfərlər edir, başından böyük qələtlərə yol verir: “Buna rəvac verən də sülhməramlı adlanan rus hərbçilərin hərəkətləridir. Rus hərbçiləri də özbaşına deyil və onların istiqamətləndirən hərbi-siyasi rəhbərlikdir. Ancaq indiki zamanda Rusiyanın Azərbaycana qarşı belə addım atacağını gözləmirəm. Fevralın 22-də müttəfiqlik bəyannaməsi imzalanıb, Putinin başı Ukrayna müharibəsinə və sanksiyalara qarışıb, üstəlik, rəsmi Bakı bağladığı müqavilələrə hörmət etməkdədir. Ona görə güman etmirəm ki, say artımı ilə bağlı müraciətə cavab verilsin”.

AMİP sədrinin fikrincə, sülhməramlıların sayı 10 noyabr sənədində göstərilib və Azərbaycanın razılığı olmadan bəyanata dəyişiklik etmək, saylarını artırmaq mümkün deyil: “Hər şeydən öncə sülhməramlıların mandatı yoxdur və belə addım atılarsa, Azərbaycan onların çıxarılması məsələsini gündəmə gətirə bilər. Həmçinin, Rusiya vəziyyətinin xoş olmadığı dövrdə Azərbaycanı itirmək istəməz. Hazırda rus neft-qazının Azərbaycan üzərindən nəql edilməsi siyasi kluarlarda müzakirə edilir, inanmıram ki, indi belə addım atarlar. Sadəcə, ermənilərin köhnə vərdişidir, ağlamaq-sızlamaq, yalvarmaq onlara xas cəhətdir”.

Ukrayna ABŞ-ın qurbanına çevrildi" - RAMİYƏ MƏMMƏDOVA

 Ramiyə Məmmədova 

Siyasi şərhçi Ramiyə Məmmədova hesab edir ki, üçtərəfli sənədə “artsax” rejiminin başçısı qol çəkməyib, bu razılaşmada tərəf deyil: “Ona görə Araikin Moskvaya müraciəti sovet vaxtı ucqar dağ kəndinin hansısa çinovnikdən şikayətinə oxşayır. Əminliklə deyə bilərəm ki, bu məktubu Kremldə cırıb zibil yeşiyinə atacaqlar və onun müraciətinə rəsmi şəkildə cavab verilməyəcək. Çünki 10 noyabr sənədi Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanıb, orada dördüncü tərəf yoxdur. O halda Moskva bu müraciət əsasında sühməramlıların sayını artırmaq haqda fikirləşmək belə istəməz. Onu da nəzərə almaq lazımdır ki, çənbəri daralan, dünya ilə üz-göz olan Rusiya ilə indi səmimi münasibətləri olan bir neçə ölkə var, onlardan biri də Azərbaycandır. Niyə Moskva Bakını narazı salsın ki?!”

Ekspertin sözlərinə görə, sülhməramlıların yerləşdiyi ərazilər sənəddə göstərilib və onlar heç də hər yerdə ola bilməzlər: “Onların sayı 1960 nəfərdir və kifayət edir. Sadəcə, ermənilər həşir qoparır ki, guya təhlükə altındadırlar, Azərbaycan Ordusu onları təhdid edir, bu səbəbdən erməni əhalisini ”qorumaq" lazım imiş. Bu təbliğat üsulları nəticə verməyəcək. Bizim öz ərazilərimizdə qalan qanunsuz silahlı birləşmələri zərərsizləşdirmək hüququmuz var və beynəlxalq konvensiyalarla tənzimlənir".

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR