İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilərin “Laçın davası” nəticəsiz qaldı - İrəvanın daha bir fiaskosu

767 08.07.2023 11:02 Gündəm A A

Azərbaycan XİN Beynəlxalq Ədalət Məhkəməsinin qərarını alqışladı;

“BMT-dəki uğurumuz bu ölkələrə zərbədir...”

Məlum olduğu kimi, Ermənistan 2023-cü il mayın 12-də Laçın sərhəd-buraxılış məntəqəsinin qanunsuz olması ilə bağlı vəsatətlə məhkəməyə müraciət edib. BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi isə Azərbaycanın Ermənistanla sərhəddə Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması ilə bağlı Ermənistanın vəsatətini rədd edib.

“Ermənistanın Laçın sərhəd-keçid məntəqəsinin götürülməsi ilə bağlı tələbi əsassızdır”.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Beynəlxalq Ədalət Məhkəməsinin Azərbaycanın Ermənistanla sərhəddə Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması ilə bağlı rəsmi İrəvanın vəsatətini rədd etməsinə dair bəyanatında bildirilib.

Qeyd olunub ki, iyulun 7-də Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) Ermənistanın 2023-cü il 12 may tarixli vəsatətini rədd edərək, Ermənistanın Azərbaycana qarşı işində məhkəmənin 22 fevral 2023-cü il tarixli qərarının ləğv edilməsinə dair Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı tələbindən imtina edib.

“Ermənistanın Laçın sərhəd-keçid məntəqisinin ləğvi ilə bağlı iddiaları əsassızdır. Biz Beynəlxalq Ədalət Məhkəməsinin Azərbaycanın öz sərhədlərinə nəzarət etmək hüququnu bir daha təsdiq edən qərarını alqışlayırıq və Ermənistanın keçid məntəqəsinin götürülməsi ilə bağlı tələbinin əsassız olduğunu bildiririk. Beləliklə, Ermənistan tərəfinin son qərarı yanlış şərh etməsi mənasız cəhddən başqa bir şey deyil”, - nazirliyin bəyanatında vurğulanıb.

Bildirilib ki, Azərbaycanın Laçın yolunun girişində sərhəd-keçid məntəqəsi yaratmaq qərarı ölkənin suveren hüquqlarına daxildir: “Bu, ərazimizə qeyri-qanuni olaraq silah, hərbi texnika göndərilməsinin dayandırılması zərurətindən irəli gəlirdi. Bundan başqa, sərhəd-keçid məntəqəsi yaradılandan bəri etnik erməniəsilli yerli sakinlər Azərbaycanın daxili və beynəlxalq öhdəliklərinin tələb etdiyi kimi, heç bir ayrı-seçkilik olmadan məntəqədən keçirlər. Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsinin tələblərini və beynəlxalq hüquqi öhdəliklərini yerinə yetirməyə davam edir”.

Sahib Alıyev: “Qərbi Azərbaycana qayıdacağıq” – Polisə.az

Millət vəkili Sahib Alıyev Musavat.com-a şərhində qeyd etdi ki, iddianın rədd edilməsi təkcə haylara deyil, Fransaya, İrana və Qarabağdakı separatçı ünsürlərdən proksi kimi faydalanan digər dövlətlərə də zərbədir.

Onun fikrincə, belə bir qərar çıxarılacağını, burada da canfəşanlığının nəticəsiz qaldığını rəsmi Paris öncədən bilirdi: “Buna görə də Fransanın xarici işlər naziri Katrin Kolonna dünən kiçiyi Ararat Mirzoyana zəng edib təsəlli verirdi. Öz ərazisində sərhəd-keçid məntəqəsi qurmaq hər bir dövlətin öz haqqıdır. Beynəlxalq Ədalət Məhkəməsinin də borcu bu haqqı təsbit etməkdir. Beynəlxalq məhkəmələr əksər hallarda bu və ya digər güclərin təsiri altında olduqlarını aşkar göstərirlər. Bir çox halda prosesə qərəzli yanaşırlar. Biz bunu Avropa İnsan Haqları Məhkəməsinin təcrübəsində daha tez-tez görürük. Qərarlara təsir etməyə çalışan ölkələrdən biri də Fransadır. Böyük güclərin təsiri altında qərəzli qərarlar verildiyini nəzərə alsaq, bunu Azərbaycanın uğuru kimi dəyərləndirmək olar. Fransa kimi dövlətlər çalışırdılar ki, iddia təsdiqlənsin. Fransanın Azərbaycan əleyhinə iki dəfə BMT-də, bir dəfə də Frankofoniya ölkələrinin zirvə görüşündə hazırladığı sənəd ləğv olundu”.

S.Alıyev hesab edir ki, kimin nə deməsindən və düşünməsindən asılı olmayaraq, Qarabağdakı qanunsuz silahlı birləşmələrin sonuna sayılı günlər qalır: “Onlar texnika və silahlarını təhvil vermək şərti ilə rədd olub oradan getməsələr, zərərsizləşdiriləcəklər. Özünə hörmət edən heç bir dövlət icazəsi olmadan torpağında kiminsə ordusunun tör-töküntülərinin varlığı ilə barışa bilməz”.

Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bildirdi ki, Beynəlxalq Ədalət Məhkəməsinin qərarı beynəlxalq hüquqdan irəli gələn tələblərin icra olduğunun sübutudur. Ekspert xatırlatdı ki, bu günə qədər sülhməramlılar və Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən bölgəyə humanitar yüklərin daşınmasında məhdudiyyət olmayıb: “BƏM BMT-nin əsas prinsipi olan ölkənin suverenliyinin, ərazi bütövlüyünün tanınması üzərində qiymətləndirmə həyata keçirir. Erməni əsilli vətəndaşların ayrı-seçkiliyə məruz qalma iddiası ona görə ləğv olundu ki, onlar Azərbaycan vətəndaşlarıdır. Bu qərar həm də Azərbaycanın daxili məsələsinə verilən qiymətdir. Beynəlxalq Ədalət Məhkəməsinin qərarı hüquqi əsasdan daha çox, ciddi siyasi uğuru özündə əks etdirir. Sözügedən qərar Ermənistanın beynəlxalq arenada hüquq üzərində başlatdığı bumun qarşısına sədd çəkmiş oldu. Ermənistanın məqsədi Qarabağ məsələsini beynəlxalq birliyin gündəminə çıxarmaqla qloballaşdırmaq, faktiki həllinin qarşısını almaq idi”.

“Ermənistanın xəstə təfəkkürlü siyasi hakimiyyəti, eyni zamanda havadarları nə etdiklərinin fərqində deyillər. Müstəqil dövlətin sərhəd buraxılış məntəqəsi yaratması beynəlxalq hüquqa tam uyğun qərardır. Hətta vizasız gediş-gediş olan ölkələrin sərhədlərində belə bu məntəqələr var”.

Çətindir... Azərbaycan üçün 125 deputat azdır” – Çingiz Qənizadə Yeni Sabah

Bunu isə BƏM-in qıraı ilə bağlı Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Musavat.com-a deyib.

Onun sözlərinə görə, ədalətin qoruyucuları bəzən yanlış addımlar atırlar, bəzən tərəfkeşlik , bəzən də ikili siyasətə xidmət edirlər. Buna görə də məsələyə baxılana qədər müəyyən narahatlıq var idi: “Beynəlxalq Ədalət Məhkəməsinin qəbul etdiyi qərarlar imperativ deyil, tövsiyəedici xarakterlidir. Əgər qərar rədd olunmasa idi, o zaman BƏM separatizmə xidmət etmiş olardı. Bu qərar ermənilərə dərs olmalıdır. Ermənistan bu kimi addımlar atmaqla beynəlxalq təşkilatlarda riyakar və yalançı olduğunu sübut edir, nüfuzdan düşür. Gələcəkdə BƏM bu kimi vəsatətləri qəbul etməkdən imtina edə bilər”.

Xatırladaq ki, ötən ilin oktyabrında Beynəlxalq Ədalət Məhkəməsi “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyanın tətbiqi ilə bağlı müvəqqəti tədbirləri əsas gətirərək Ermənistanın 7 dekabr 2021-ci il tarixli məhkəmə qərarına dəyişiklik edilməsi barədə tələbini rədd etmişdi.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR