İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilər rus helikopterinin vurulduğu yerdə kilsə tikir - Yarınma cəhdi

609 13.04.2023 16:20 Son xəbər A A

2020-ci ilin noyabr ayının 9-da Qərbi Azərbaycanın Arazdəyən kəndində (Emərnistanda Yerasx adlandırılıb) rus helikopterinin vurulduğu yerdə İlyas peyğəmbərin adına məbədin tikintisinə başlanılıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, tikinti “MİR” beynəlxalq humanitar fondunun idarə heyətinin rəhbərliyinin təşəbbüsü ilə həyata keçirilir.

Həmin məbəd Mi-24 helikopterinin pilotlarının xatirəsinə ucaldılan abidə kompleksinə daxildir.
Qeyd olunr ki, hələ 2021-ci ilin yanvarında memorial kompleksin ərazisində pravoslav xaçının qoyulması mərasimi keçirilib.

"Mir”in idarə heyətinin sədri Andranik Nikoqosyanın sözlərinə görə, gələcəkdə məbəd həm kənd sakinləri, həm də vurulan Rusiya helikopterinin ekipajının xatirəsini ehtiramla yad etmək istəyən hər kəs üçün açıq olacaq.

Kompleksə məbəd-ibadətgah, məbəd ərazisi, hərbi tarix muzeyi, dini yürüş yeri, rus pilotlarının abidəsi və digər mühüm abidələr daxil ediləcək. Kompleksin ərazisində səki plitələri ilə döşənmiş piyada yolları salınacaq. Burada Rusiyanın müxtəlif regionlarından, o cümlədən Ukraynanın işğal altında olan qondarma “Donetsk Xalq Respublikası”ndan, “Luqansk Xalq Respublikası”ndan, Zaporojye, Xerson bölgələrindən gətirilən meyvə və giləmeyvə ağacları, kollar və bəzək bitkiləri əkiləcək. Layihənin həyata keçirilməsi üçün Rusiya və Ermənistandan olan memarlar, heykəltəraşlar və dizayn sahəsində yüksək ixtisaslı mütəxəssislər cəlb ediləcək.

Xatırladaq ki, 9 noyabr 2020-ci il tarixində, sözgedən helikopterin Bakı vaxtı ilə saat 18:30 radələrində Naxçıvan Muxtar Respublikası sərhədində vurulduğu deyilir. Raket zərbəsi nəticəsində helikopter idarəetməni itirərək Ermənistan ərazisində dağlıq əraziyə düşüb. İki ekipaj üzvü həlak olub, biri orta dərəcəli xəsarətlərlə təxliyə edilib.

Həmin gün - noyabrın 9-da axşam saatlarında Rusiya Federasiyası, Azərbaycan və Ermənistan liderlərinin Qarabağ münaqişəsi zonasında atəşkəs haqqında üçtərəfli bəyanatı imzalanıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR