İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilər qorxurlar: "Artıq bizim kənddən Azərbaycan sərhədçiləri və bayrağı görünür"

1393 09.07.2024 22:37 Ölkə A A

"İki gündən sonra Ermənistan və Azərbaycanın demarkasiya komissiyalarının razılığına əsasən, Tavuş rayonunun Kirants kəndindəki körpü Azərbaycanın nəzarətinə keçəcək".

Musavat.com “Oxu.az” istinadən xəbər verir ki, bu barədə Ermənistan mediasına kənd sakini Karen Qazaryan deyib. Onun sözlərinə görə, paralel olaraq, Kirants-Açarkut avtomobil yolunun yenidən qurulması da başa çatacaq.

"Məndə olan məlumata görə, körpüdən kəndin yaşayış binalarına qədər divar çəkiləcək ki, sakinlər düşməni görməsin. Divarın hündürlüyü 3 metr olacaq. Artıq kənddən Azərbaycan bayrağı və sərhədçiləri görünür, hətta onların geyiminin rəngini də görmək olar", - deyə kənd sakini söyləyib.

Qazaryan onu da bildirib ki, əhali demarkasiya ilə razılaşmır və ona görə də vəziyyət gərgin olaraq qalır.

Qeyd edək ki, Azərbaycanın nəzarətinə keçəcək olan körpü Ermənistanla Gürcüstanı birləşdirən körpüdür. Ermənistan rəsmilərinin məlumatına görə, artıq alternativ yolun tikintisi başa çatmaqdadır.

Xatırladaq ki, Erməni mediası Azərbaycanın nəzarətinə körpüdən başqa Kirants kəndindən iki ev və 50-yə yaxın torpaq sahələrinin keçəcəyini yazmışdı.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR