İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilər qaçır, separatçılar təşvişdə: Araik “cəhənnəmə gedin” deyir

3540 04.07.2023 14:10 Siyasət A A

Qarabağda çaxnaşma var, camaat qaçır, ən çox da mənzil problemi var.

Bu barədə separatçıların “başçısı” Araik Arutyunyan deyib.

Arutyunyan deyib ki, bir çoxu Qarabağı tərk edib, buradakı mülklərini icarəyə verir, gəlir əldə edirlər.

“Onlarla bağlı qərar qəbul edəcəyik. Belə insanların əmlakı müsadirə edilə bilər. Çünki mənzil problemi var, insanlar təşvişdədirlər, mənə deyirlər ki, camaat qaçır. Mən də deyirəm ki, kim istəyir getsin, cəhənnəmə getsinlər”, - Araik bildirib.

Bu açıqlama separatçıların çıxılmaz vəziyyətdə olduğunun etirafıdır.//Publika.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR