İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilər görüş üçün niyə vasitəçi axtarırlar? - ŞƏRH

784 11.04.2023 12:43 Siyasət A A

“Separatçı rejimin görüş üçün iki məqsədi ola bilər: birincisi, texniki, humanitar, məişət məsələlərinin həll olunması ilə ehtiyacı qarşılamaq, ikincisi, Bakının təklifinə qarşı əks-təkliflə çıxış etmək”.

Bu fikirləri Musavat.com-a Topçubaşov Mərkəzinin direktoru Rusif Hüseynov Qarabağda yaşayan ermənilərin Azərbaycan tərəfi ilə görüş üçün təklif irəli sürdüyü barədə yayılan xəbəri şərh edərkən bildirib.

1jpg-1664530977.jpg (732 KB)

R.Hüseynov xatırladıb ki, Azərbaycan hökuməti iki dəfə Qarabağ ermənilərinin nümayəndələrinə Bakıda vasitəçisiz görüş keçirməyi təklif etmişdi: “Bu, çox ağıllı gediş kimi hesablanmışdı. Qarşı tərəf bununla razılaşmamışdı. Ola bilər, beynəlxalq ictimaiyyətin gözündə sülh danışıqları prosesini pozan tərəf kimi qalmamaq üçün onlar vasitəçi olmaq şərtilə görüş təklifi göndərirlər. Onların istəyi aydındır - problemi mümkün qədər ictimailəşdirmək istəyirlər, çünki erməni cəmiyyətində üstün olan narrativə görə, Azərbaycan tərəfi ilə Qarabağ erməniləri arasında birbaşa görüş baş tutmamalıdır. Hazırda vasitəçilik missiyası rusların əlindədir, lakin onların istəyi məsələni beynəlxalq arenaya çıxarmaqdır”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR