İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilər Belarusa rənglənmiş şərab satdılar: Minskin reaksiyası sərt oldu

1497 25.03.2024 23:50 Dünya A A

Belarus Ermənistanın “Ararat Konyak Zavodu” şirkətinin istehsal etdiyi qida məhsullarının Belarus ərazisinə gətirilməsi, satışı, saxlanması, daşınması və istifadəsini qadağan edib.

Musavat.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, qərarı Belarusun Qomel Regional Gigiyena, Epidemiologiya və İctimai Sağlamlıq Mərkəzi verib. Mərkəzin yaydığı açıqlamaya əsasən qərar şirkətin istehsal etdiyi qida məhsullarında boyaların aşkar edilməsi baxımından uyğunsuzluğun müəyyən edilməsi ilə bağlıdır. Belə ki, müəssisənin məhsulu olan “Ayrum” şərabında azorubin boyası müəyyən edilib. Səhiyyə Nazirliyi, həmçinin idxalçı “Fortuna Logistic” şirkətindən zavodun məhsullarını satışdan çıxarıb məhv etməyi tələb edib.

Qərar Belarusun baş dövlət sanitar həkimi tərəfindən imzalanıb.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR