İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilər Avropa İttifaqının missiyasına qəzəblənib

1157 12.04.2023 18:47 Son xəbər A A

Ermənistan mediası və ayrı-ayrı dairələri dünəndən bəri bir suala cavab axtarır.

Musavat.com bildirir ki, ermənilər “Ermənistanın Tex (Dığ-M.) kəndi yaxınlığında eskalasiya zamanı avropalı müşahidəçilər harada idilər?” - sualının cavabını ala bilmirlər.

Bildirilir ki, bu gün müşahidəçilər əvəzinə, Avropa İttifaqı Xarici İşlər Xidməti vəziyyətə reaksiya verib. İndi isə hakimiyyətin mühüm mesajlar verdiyi Ermənistan dövlət agentliyi Armenpress müşahidəçi missiyasının şərhini yayıb.

“Məlum olub ki, o vaxtlar Dığ bölgəsində avropalı müşahidəçi olmayıb (?!) Üstəlik, onlar bu barədə axşam saatlarında (baxmayaraq ki, bütün Ermənistan və Azərbaycan KİV-ləri bu barədə yazıblar) erməni səlahiyyətlilərdən xəbər tutublar” - erməni mediası qəzəblə yazır.

“Aİ-nin Ermənistandakı missiyası öz mandatı çərçivəsində aprelin 11-də səhər saatlarında Tex və Kornidzor kəndlərinin ərazisində vaxtaşırı patrul xidməti həyata keçirib. Lakin onlar hadisə baş verən zaman ərazidə olmayıblar” - Aİ tərəfindən yayılan hesabatda deyilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR