İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilər arasında dərin parçalanma-Şok gəlişmələr  

1389 22.10.2022 16:52 Region A A

 

Rusiya Erməniləri İttifaqının sədri Ara Abramyan oktyabrın 28-31-də İrəvanda keçiriləcək Dünya Erməni Sammitində iştiraka dəvət edilməyib.

Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. Bununla belə, Abramyan dəvət olunacağı təqdirdə iştirakdan imtina etməyəcəyini etiraf edib. Amma hələ ki, ortada dəvət yoxdur. “Qarşıdan gələn sammitdə iştirak etməyəcəm. Mən bir şey istəyirəm, "onlar" istəmir. Deyirlər, bunu sizinlə kin saxladıqları üçün edirlər, nə deyə bilərsiniz? Mənə nifrət etmək üçün erməni xalqına yaxşılıq edin”, - deyə Abrahamyan bildirib.

Maraqlıdır ki, Ermənistanın ən qaniçən və “yaşlı” partiyası, xaricdə fəal şəkildə təmsil olunan Daşnaksütyunun nümayəndələri də sammitə dəvət olunmayıb. 

Bundan əvvəl bütün ermənilərin katolikosu II Qaregin Ümumdünya Erməni Sammitində iştirak etmək dəvətindən imtina edib. İmtina səbəbi “ənənəvi ümumerməni təşkilatların və erməni milləti qarşısında mühüm xidmətləri olan şəxslərin daxil olmadığı iştirakçıların tərkibinə dair şübhələr” olub. Eçmiədzin lideri sammitdə müzakirəyə çıxarılan məsələləri “anlaşılmaz” hesab edib, həmçinin onun keçirilməsinin Ermənistan cəmiyyətində gərginlik yarada biləcəyindən narahatlığını bildirib.

Bütün bunlar erməni diasporu arasında dərin çatın yaranmasının göstəricisidir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR