İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni spikerdən Ankarada sensasion çıxış: “Bizim qonşularımıza heç bir ərazi tələbimiz yoxdur”

1736 04.05.2023 19:22 Siyasət A A

Ermənistan xarici siyasətində mehriban qonşuluq və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərini bir daha təsdiqləyib.

Musavat.com bildirir ki, belə bir iddia ilə Ermənistan parlamentinin sədri Alen Simonyan Ankarada çıxış edib.

“Bizim qonşularımıza heç bir ərazi tələbimiz yoxdur və biz qonşularımızın da bu prinsipə əməl etmələrini gözləyirik”-deyə,

Simonyan mayın 4-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin parlament başçılarının təşkilatın 30 illiyinə həsr olunmuş sammitində çıxış edərkən deyib. Ermənistan Milli Assambleyasının sədri bildirib ki, 2022-ci il oktyabrın 6-da Fransa Prezidentinin və Avropa Şurası sədrinin iştirakı ilə Praqada keçirilən dördtərəfli görüşdə Ermənistan və Azərbaycan liderləri BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini bir daha təsdiqlədilər. Sözügedən sənədə görə, hər iki tərəf bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyır. Simonyan bu günlərdə Vaşinqtonda ABŞ dövlət katibinin təşəbbüsü ilə Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin başçılıq etdiyi nümayəndə heyətləri arasında danışıqların aparıldığına da diqqət çəkib.

“Müzakirə mövzusu regionda təhlükəsizlik vəziyyəti, Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi prosesi ilə bağlı məsələlərdir. Mən bunu müsbət məqam hesab edirəm və diplomatlara uğurlar arzulayıram. Münaqişələr sülh yolu ilə həll edilməlidir. Əminik ki, regional iqtisadi əməkdaşlıq QDİƏT Nizamnaməsində və Parlament Assambleyasının müvafiq nizamnamə sənədlərində təsbit olunmuş sülhün, sabitliyin və insanların rifahının möhkəmləndirilməsinə töhfə verə bilər”, - deyə Simonyan bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR