İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni spiker: "Qarabağ Ermənistan üçün minalanmış sahədir və sülh müqaviləsinə daxil edilməməlidir"

718 28.02.2023 22:06 Gündəm A A

“Qarabağ Ermənistan üçün minalanmış sahədir və sülh müqaviləsinə daxil edilməməlidir”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərlə söhbətində deyib.

“Biz Ermənistanın dövlətçiliyinə, suverenliyinə və ərazi bütövlüyünə qarşı sülh müqaviləsinə mina qoya bilmərik.

Müqavilələr iki ölkə arasındakı münasibətlərə istinad edir.

Məncə, iki ölkə arasındakı müqavilədə Qarabağ məsələsi ifadə edilməməlidir. İndi sülh müqaviləsinin sonda necə olacağı ilə bağlı müzakirələr gedir. Axırda hər şey aydın olacaq. Bu müqavilədə Qarabağ xalqı ilə bağlı hər hansı bənd onların marağında olmalıdır”, – deyə Simonyan bildirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR