İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni siyasi strateq: Azərbaycanın Ermənistana hücum təhlükəsi ilə bağlı bəyanatlar Paşinyana sərf edir

1136 16.11.2023 03:04 Son xəbər A A

“Hazırda Azərbaycanın Ermənistana hücum təhlükəsi ilə bağlı bəyanatlar yalnız bir məqsədlə səsləndirilir”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə erməni siyasi strateq Armen Badalyan danışıb.

Onun sözlərinə görə, Ermənistanın baş naziri xarici siyasət vektorunu dəyişdiyini dərhal bəyan edə bilməz, bunun üçün əsaslar gətirməlidir.

“Azərbaycanın hücuma hazırlaşdığı qeyd olunur. Azərbaycan bu bəyanatı təkzib edir, çünki bunun nə üçün edildiyini anlayır. Hakim siyasi qüvvə burada hansısa Qərb təmsilçisinin mövqeyini gücləndirmək, eləcə də Aİ müşahidəçilərinin sayını artırmaq məqsədi güdür”, - deyə Bədəlyan qeyd edib.

Badalyan Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Ermənistanın bloklara qoşulmayan dövlətə çevrilmək istəyi barədə sözlərinə toxunub.

Onun fikrincə, bu Rusiyanın liderliyi altındakı hərbi-siyasi ittifaqları ilə münasibətləri dondurmaq və pozmaq siyasəti deməkdir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR