İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni silahlı tör-töküntüləri də çıxarılır: Xocalıdakı görüşün detalları... İki ekspertlə CANLI

867 01.03.2023 16:36 Gündəm A A

Xocalıda erməni icması ilə baş tutan görüş barədə danışan siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib ki, Rusiyanın Vardanyan planı fiaskoya uğradı. “Azərbaycanın məhz tələbi idi ki, erməni icması ilə təmaslarını qursun. Çünki oradakı ermənilərin reinteqrasiyası mütləqdir. Rusiya iki ildir Azərbaycanın birbaşa təmaslarına mane olur. Amma proseslər Azərbaycanın lehinə dəyişir.

Rusiya XİN rəhbəri Sergey Lavrovun Bakıya səfərində erməni icması ilə bağlı məsələlər müzakirə edilib. Görünür, Moskva Azərbaycanın şərtlərini qəbul edib. Bundan sonra Azərbaycan Rusiya sülhməramlı qüvvələrinin komandanlığı olmadan görüşə bilər. Bu görüşlərdə Azərbaycanın ilk növbədə tələbi qanunsuz silahlı erməni birləşmələrinin ləğvidir. Bu proses baş tutarsa, separatizm tam iflasa uğrayacaq. Həmçinin Azərbaycan erməni icmasını elektirik və qazla təmin edə bilər. Çünki Ermənistandan buraya elektirik və qazın verilməsi qanunsuzdur”.

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə nümayəndəsi Toivo Klaar Xocalıda Azərbaycan hökumətinin nümayəndələri ilə Qarabağ erməniləri arasında baş tutan görüşü ümidverici adlandırıb.

“Bu gün Xocalıdan Bakının nümayəndələri ilə Qarabağ erməniləri arasında təmaslarla bağlı ümidverici xəbərlər gəlir. Müzakirələrin həm hazırkı narahatlıqlara, həm də daha geniş məsələlərə fokuslanılması çox yaxşıdır”, - paylaşımda bildirilib.

Qeyd edək ki, Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilib. Martın 1-də Ramin Məmmədov Xocalı şəhərində, Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin qərargahında Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşüb.

Görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət təbii sərvətlərin qanunsuz istismarını araşdıran monitorinq qrupunun rəhbəri Məsim Məmmədov də iştirak edib. Görüş zamanı Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olaraq Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan Respublikasına reinteqrasiyasına dair ilkin müzakirələr aparılıb. Azərbaycan Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmasların davam etdiriləcəyi bildirilir.

TVMusavat-ın saat 16:45-də “Həftə içi” verilişində siyasi ekspertlər Elşad Paşasoy və Vaqif Hüseynlə Xocalı görüşünü müzakirə edirik. Tamaşaçılar da müzakirədə iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/@Musavattv


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR