İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni şərhçi: “Ermənistanın müxalif siyasətçiləri hələ İranın qiymətini bilmirlər”

1354 24.08.2023 19:06 Region A A


“Biz tez-tez erməni müxalifətçilərindən İranın Ermənistanın təhlükəsizliyinin təmin olunması kontekstində mühüm rol oynadığı barədə sözlər eşidirik. Lakin bu, yetərli deyil”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “Luys” informasiya-analitik mərkəzinin rəhbəri Ayk Ayvazyan teleqram kanalında yazıb.

“Əlbəttə, Rusiya da Ermənistanın təhlükəsizliyi üçün əsas əvəzsiz rol oynayır, lakin İranın mühüm rolunu gözdən qaçırmaq olmaz.

Müxalifət siyasətçiləri inadla bir məsələyə diqqət yetirmirlər. Bu da İranın “regionun işlərinə kənar oyunçuların qarışmasının əleyhinə olduğu” ilə bağlı yürütdüyü siyasətlə bağlıdır. Rəsmi Tehran bunu ən yüksək səviyyədə dəfələrlə bəyan edib. Bu mənada mən Ermənistanın müxalif kəsimindən “Qarabağ məsələsinin beynəlxalq formatda, Qərbin iştirakı ilə müzakirəsinin təhlükəli olduğu” barədə sözlərini eşitməmişəm. Halbuki, İran Qərbin bölgəyə daxil olmasının qətiyyən əleyhinədir.

Belə çıxır ki, onlar (yerli müxalifətçilər-red.) bir tərəfdən qonşu İrana müəyyən ümidlər bağlayırlar, digər tərəfdən də həmin İranın fikrini nəzərə almırlar”,-deyə erməni şərhçi qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR