İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni səfir: “Ermənistanda rus sülhməramlılarını bölgədən qovmaq siyasəti aparılır”  

806 01.09.2023 13:26 Region A A


"Hazırda Rusiya sülhməramlılarının Qarabağdan sıxışdırılıb çıxarılması üçün düşünülmüş siyasət aparılır və Ermənistan hakimiyyəti öz hərəkətləri ilə odun üstünə benzin tökür".

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər Ermənistanın Hollandiyadakı keçmiş səfiri Dzyünik Ağacanyan tərəfindən səslənib.

Onun sözlərinə görə, Paşinyan iqtidarı Qarabağ məsələsinin bağlanması, onun Azərbaycanın nəzarəti altına keçməsi, həmçinin Ermənistanın Rusiyanın təsirindən çıxıb Qərbin və NATO-nun təsir zonasına keçməsi üçün hakimiyyətə gətirilib.

Ağacanyan son bir neçə ildə Ermənistan hakimiyyətinin KTMT-nin gözdən salınması yolunda manipulyasiyalar apardığını qeyd edib.

Onun sözlərinə görə, Ermənistanın öz ərazisində KTMT təlimləri keçirməkdən imtina etməsi səhv addım olub, çünki həmin təlimlər zamanı ölkəyə əlavə silah və qoşunlar daxil olacaqdı.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR