İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni saytlarının Ukrayna ilə bağlı növbəti kinayəli replikasına sillə kimi CAVAB

1070 11.11.2023 22:49 Siyasət A A

 

Elxan Şahinoğlu:"Bəs Ermənistan ağır vəziyyətdə olan Ukraynaya indiyənə qədər hansı yardımı edib?!"

“Ukrayna prezidenti yenə Azərbaycana minnətdarlığını bildirib” – bu, erməni saytlarının növbəti kinayəli başlığıdır".

Musavat.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.

  "Yəni demək istəyirlər ki, axı Ermənistanın baş naziri Nikol Paşinyan Ukrayna prezidenti Volodimir Zelenskinin əlini sıxdı və bunun fotolarını yaydı, həyat yoldaşı Anna Akopyanı Kiyevdə keçirilən konfransa göndərdi, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Maltada Ukrayna ilə bağlı foruma qatıldı. İrəvan bütün bunlara görə Kremllə münasibətləri daha da gərginləşdirməsinə rəğmən, Volodimir Zelenski niyə azərbaycanlı həmkarı İlham Əliyevə minnətdar olub?",- deyə politoloq qeyd edib. O  əlavə edib ki,  bu cür başlıqları saytlarında yayınlayan ermənilər anlamaq istəmirlər ki, əl sıxmaqla, foto çəkdirməklə və konfransda iştirak etməklə iş bitmir:

"Ermənistan ağır vəziyyətdə olan Ukraynaya indiyənə qədər hansı yardımı edib? Azərbaycan Ukraynaya milyonlarla dollar dəyərində elektrik avadanlılqarı göndərib ki, qışda ukraynalılar istiliklə təmin olunsunlar, yanacaq göndərib ki, təcili yardım və yanğınsöndürən maşınları çalışsın, valideynlərini itirən ukraynalı uşaqlar Bakıya gətirilərək istirahətləri və psixoloji reabilitasiyaları həyata keçirilib ki, normal həyata qayıda bilsinlər və bu proses bu gün də davam edir. Ermənistan bunların heç birini etmədiyi halda Zelenski Ermənistana niyə minnətdar olmalıdır?", -deyə E.Şahinoğlu əlavə edib.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR