İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni qanımızı tökəndə susanlar...

2261 02.10.2022 19:32 Yazarlar A A

Əsirlikdə olan azərbaycanlılara həyatlarında unuda bilməyəcəyi travmalar vurulub, faşistdən pis işgəncələr verilib, diri-diri orqanları çıxarılıb - həm də qəsdən, bilərəkdən!

...Erməni işğalının davam etdiyi illərin birində ölkədən uzaqda bir kafedə Azərbaycan mahnısı sifariş verib oturmuşduq. Sifariş deyəndə pul atırdın, istədiyin mahnını seçib səsləndirirdin. Bizim sifariş səslənəndə bir sürü gənc erməni gəldi. Uzun illər idi ki, ermənilərlə bu qədər məsafə yaxınlığı  olmamışdı. Bu gənclər əlbəttə ki, müharibənin nə olduğunu, bəlkə də Qarabağın istiqamətini heç  bilmirdilər də. Amma bizim sifariş bitəndən sonra tələsik onlar da nəsə Ermənistana aid mahnı sifariş etdilər, başladılar xorla da oxumağa... İnanmıram ki, qanında azərbaycanlı qanı axan hər kəs bu işğal illərində ermən ilə rastlaşdı-rastlaşmadı bir dəfə olsun, qəzəblə “başına güllə sıxardım” sözünü dilinə gətirməmiş olsun...Bu millətin hərbçilərinin, zabitlərinin, generallarının bizə etdiklərinin qarşılığında “bir güllə sıxmaq” istəyi nədir ki? 

1582715665491_i8tebein.jpg (59 KB)

Adamın gözü önündə qara lent kimi keçir: 1918-ci ildə hamilə azərbaycanlı qadınların kürəyinə qaynar samovar bağlayıblar, sonra dünyanın gözü qarşısında Xocalı soyqırımını törədiblər, evlərimizi yandırıblar, yurdumuzu yağmalayıblar, ən yaxın dostlarımızı şəhid ediblər. Bu əməlləri törədənlər öz qəddarlıqları, cinayətləri ilə hər cür nifrəti, hər cür cəzanı haqq edib. Bu millətin nümayəndələri bizə olmazın zülm edib, qadınların namusuna toxunub, qururunu tapdalayıb- həm də qəsdən, həm də bizim acığımıza! Erməni əsirliyində olanlara həyatlarınında unuda bilməyəcəyi travmalar vurublar, faşistdən pis işgəncələr veriblər, diri-diri orqanlarını çıxarıblar - həm də qəsdən, həm də bilərəkdən! Ermənilər bu qəddarlığı ona görə qəsdən törədiblər ki,  millətimizin gözü qorxsun, gələcək nəsil bu dəhşət hekayətlərindən qısır kimi böyüsün, ermənin adı gələndə hürksün, qaçsın. Erməni qəddarlığı heç bir etnik düşmənçiliyə bənzəməz. Bunlar içdən bizə o qədər nifrət bəsləyiblər ki, azərbaycanlının başını “uf” demədən kəsiblər, qanını öz alınlarına sürtüblər. 

Zaman gəldi, bu dəhşət hekayələri ilə böyümüş millətin gəncləri ermənidən qorxmadı, döyüş meydanında onların cəzasını kəsdi. Bizim əsgər düşmənə kişi kimi davrandı. Yaralısının yarasını sarıdı, əsirinə “qorxma, biz sizin kimi deyilik” deyib  su verdi, çörəyini böldü. Döyüş meydanında, ona güllə atanı, qanının tökmək istəyəninin isə anasını ağlar qoydu. Müharibənin qanunu budur. 

2022-05-14-11-11-40CU3JUClUriv85QdMw7FQ_file.jpg (71 KB)

İndi hansısa bir şübhəli mənbədən video yayıb ordumuza, ölkəmizə ləkə vurmaq istəyənlərə baxın! Ermənistan adlı yarıteror dövləti xaricdəki havadarlarına arxayın olaraq bizi qaniçən, qəddar kimi təqdim etməyə çalışırlar. Bu, əlbəttə ki, təsadüfi kampaniya deyil. Ermənistan arxasını xarici havadarlarının qucağına qoyaraq sülh müqaviləsindən yayınır. Üstəlik, Qarabağdakı torpaqlarımıza sığınmış ermənilərə “müstəqillik”, “status” arzusundadırlar. Bu iyrənc yalanı tirajlamaqla, hay-küy yaratmaqla demək istəyirlər ki, “baxın, biz belə millətlə necə birgə yaşayaq?” Hələ xaricdən quqquldayanların kimliyinə baxın? Fransa Afrikada bir yox, bir neçə soyqırım gerçəkləşdirib. Amerikalılar o torpaqların tarixi sakinlərinə hansı zülmlər etdiyini, Vyetnamda, İraqda, Əfqanıstanda törətdikləri hərbi cinayətləri  öz filmlərində belə etiraf ediblər. Quantanamoda hərbi əsirləri həm də bunu dünyadan gizlədərək işgəncələr veriblər. Belə faktlar çoxdur... Ayıblarına kor olmaq əvəzinə, erməniyə qahmar çıxırlar. Demək, həm də erməni cinayətlərinə şərik olurlar. Biz də bunu belə qəbul edək...

2022-05-14-11-04-21PbktSV4UB4WxTOb9fQNA_file.jpg (44 KB)

Azərbaycan XİN Ermənistanının bəyanatına vaxtında və tutarlı cavab verib.  Son olaraq 2020-ci oktyabrında Gəncə, Bərdə, Mingəçevir şəhərlərinin mülki əhalisini raket hücumuna tutaraq insanlıq əleyhinə cinayətlər törətdiklərini, işğal zonasında yüz minlərlə mina basdırıldıqlarını, indiyədək  250-dək insan mina qurbanı olduğu xatırlanıb. Çoxsaylı hərbi cinayətlərə görə Ermənistan əlbəttə ki, cavab verməlidir. Başkəsənlər cəzasını ya döyüş meydanında, ya məhkəmədə almalıdır. Biz millət olaraq ikinciyə tərəfdarıq...

Nazim SABİROĞLU, 
Musavat. com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR