İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni politoloq: "Paşinyanın sonuna az qalıb, bunun üçün...."

809 13.04.2023 19:00 Son xəbər A A

2020-ci il müharibəsindən sonra Nikol Paşinyan cəmiyyətin əhəmiyyətli hissəsinin dəstəyini itirsə də, noyabrın 9-da imzaladığı bəyanatla hakimiyyətinin saxlanması üçün ciddi təminat əldə etdi.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə politoloq Stepan Danielyan Facebook səhifəsində yazıb. Qeyd edək ki, Stepan Danielyan revanşist və ruspərəst mövqeyi ilə bilinən ekspertlərdən sayılır.

“Müharibədən sonra Ermənistanın suverenlik səviyyəsi aşağı düşdü və 9 noyabr bəyanatından asılı olan kövrək regional sabitliyin qorunması məsələsi ön plana çıxdı. Bölgənin böyük dövlətləri - Rusiya, İran və Türkiyə Qərbin sabitliyi pozmaq və böyük regional müharibə doğurmaq cəhdini anlayaraq, həmin bəyanat əsasında müvəqqəti status-kvonu saxlamağa çalışdılar. Qərblə özünəməxsus ziddiyətləri olan hər üç ölkə bu bəyanatn saxlanmasında maraqlı olub. Ermənistandakı digər siyasi qüvvələr isə bunun əleyhinə çıxıb. Yəni istər-istəməz Ermənistanın müxalif siyasi qüvvələri bu üç ölkənin gözündə destruktiv mövqe tutub.

Beləliklə, bu vaxta qədər Nikolanın hakimiyyətinin təminatçısı bu üç xarici qüvvə olub”.,-deyə Danielyan iddia edir.

Erməni politoloqun fikrincə, Paşinyan Praqada bu status-kvonu pozaraq, 9 noyabr bəyanatını şübhə altına alıb. O, bir-birinə zidd iki fərqli məkanda - Moskvada və Praqa-Brüssel-Vaşinqtonda danışıqların aparılmasına razılıq verib. Paşinyan bununla ən azı Moskva və Tehrandan verilən zəmanəti itirib.

Danielyana görə, Nikol Paşinyanın gücünün ikinci sütunu, Ermənistanda ona alternativ məqbul siyasətçinin tapılmaması barədə yaranan təsəvvürdür. Siyasi sahədə belə bir alternativin olmaması Paşinyanın legitimliyinin əsasını təşkil edir.

Bu ikinci problem həll edildikdən sonra Nikolun sonu gələcək”, - deyə Danielyan yazıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR