İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni politoloq: "Ərdoğanın yenidən prezident seçilməsi ilə İrəvana təzyiqlər qat-qat artacaq"

539 29.05.2023 15:21 Region A A

“Türkiyədə keçirilən prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın qələbəsi ən çox Azərbaycanı sevindirdi”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə politoloq Andranik Ovannisyan teleqram kanalında yazıb:

“Bu, Azərbaycanın hərbi-siyasi rəhbərliyinin həm siyasi, həm də iqtisadi maraqları ilə bağlıdır.
Birincisi, müxalifətin namizədi hakimiyyətə gələrsə, Rusiyaya qarşı sanksiyalar tətbiq oluna bilərdi. Bu da o deməkdir ki, Azərbaycana ciddi iqtisadi zərər gətirməsinə gətirib çıxarardı..

İkincisi, Türkiyənin yeni rəhbərliyinin “Zəngəzur dəhlizi” və Qarabağ probleminin yekun həlli ilə bağlı siyasəti bəlli olmazdı. Bu qeyri-müəyyənlik Azərbaycan hakimiyyətində ciddi narahatlıq doğurdu.

Amma baş verənlərin üzərində dayanmayaq. Əslində, Ərdoğan yenidən seçildi, Bakı sevinir, çünki yaxşı bilir ki, İrəvana təzyiqlər dəfələrlə artacaq və Türkiyə-Azərbaycan tandemi tərəfindən idarə olunan proses nəticəsində sülh sazişi imzalana bilər.

Ermənistan üçün mövcud vəziyyətdən yeganə çıxış yolu hazırkı hakimiyyəti bütün mümkün vasitələrlə istefaya göndərməkdir, çünki o, bir sıra öhdəlikləri yerinə yetirmək üzrə öhdəlik götürüb. Buraya Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımaq və Türkiyə ilə Azərbaycan arasında fasiləsiz quru əlaqə yaratmaq məqsədilə Ermənistan ərazisindən dəhlizin təmin edilməsi daxildir”,-deyə erməni ekspert bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR