İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni politoloq: Böyük Britaniyanın tək məqsədi Sünikdən keçən dəhlizə nəzarət etməkdir

665 19.07.2024 12:38 Dünya A A

 

Bəzi məlumatlara əsasən, Azərbaycan və Ermənistan tərəflərinin görüşdən imtina etmək səbəblərini müəyyən etmək olar.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, yerli politoloq Stepan Danielyan Azərbaycan və Ermənistan liderlərinin Londonda görüşlərinin baş tutmaması haqqında danışıb.

“Bəzi hallarda bir tərəf, digərində isə digər tərəf imtina etdi. Burada vacib olan odur ki, görüşün təşkili təşəbbüsü Britaniya tərəfdən gəlib, deməli, onun marağı var. Böyük Britaniyanın Mərkəzi Asiya və Azərbaycana investisiyası 200 milyard dollara çata bilər. İnvestisiyalar əsasən mədənçıxarma sektoruna yönəlib.

Təbii ki, Böyük Britaniya Sünikdən keçəcək orta dəhlizin həyata keçirilməsində maraqlı olan bir nömrəli ölkədir və onların vəzifəsi Ermənistanın bu dəhlizə nəzarətinin əlindən alınmasıdır. İngilislərə görə dəhliz ya Azərbaycanın, ya da hər hansı üçüncü tərəfin şərti nəzarətində olmalıdır”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR