İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni partiya sədri: “Araik də, Nikol Paşinyan çıxıb getməlidir”

748 27.07.2023 18:50 Region A A

 

“Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda yaşayan ermənilərlə bağlı bir kəlmə də danışmadı, çünki ermənilər ora heç vaxt qayıtmayacaq. Lakin əvvəllər Ermənistanda yaşamış azərbaycanlılar isə mütləq geri dönəcək və Türkiyə-Azərbaycan zəmanəti altında yaşayacaqlar”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu “Vahid Ermənistan” partiyasının sədri Yervand Tarverdyan yerli mediaya müsahibəsində deyib.

“Mən Nikol Paşinyanın lehinə səs verən Ararat, Tavuş və digər bölgələrin sakinlərini təbrik edirəm. Nikol Paşinyanın qələminin bir zərbəsi ilə onlar evlərini itirəcək, azərbaycanlılar ora qayıdacaq, dövlətimizi azərbaycanlılara təslim edəcəyik. Sizin seçdiyiniz baş nazir hər an sürprizlər gətirəcək”, - deyə Tarverdyan bildirib.

Erməni siyasətçiyə görə, Arayik Arutyunyan istefaya getməlidir, çünki vəziyyətə nəzarət etmir, onun oturaq aksiyası buna ən böyük sübutdur.

Tarverdyanın fikrincə, artıq ölkəni idarə etmək qabiliyyəti çatmadığını, beynəlxalq gündəmə sahib olmadığını mətbuat konfransı ilə sübut edən Ermənistanın baş naziri Nikol Paşinyan da getməlidir.

“Mən başa düşmürəm ki, Ermənistan niyə təkcə bu gün, qalmaqallı mətbuat konfransından sonra Qarabağ ermənilərinə 400 ton yardım göndərir”, -deyə revanşist siyasətçi sonda sual edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR