İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni nəşrindən İDDİA: "Paşinyan qorxur..."

748 19.04.2023 11:43 Siyasət A A

“Ermənistanın baş naziri Nikol Paşinyan təhlükəsizliyindən narahatdır”.

Musavat.com bu barədə Ermənistan mediasına istinadən xəbər verir.

Xəbərdə bildirilib ki, hökumət başçısı artıq narahatlığını gizlədə bilmir: “Paşinyan açıq-aydın nədənsə qorxur. Amma bunun dəqiq nə olduğunu yalnız özü bilir”.

Başqa bir nüans isə, ötən gün baş nazir parlamentin iclasına çoxlu sayda mühafizəçi və polis əməkdaşlarının müşayiəti ilə gəlib. Bu da onun təhlükəsizliyindən narahat olduğunun bir başqa göstəricisidir.

“Onun mühafizəçiləri deputatları izləyirdilər. Zalın bütün girişlərində Ermənistan Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə yanaşı, mülki geyimli silahlı mühafizəçilər də olub”. , - deyə yayılan xəbərlərdə bildirilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR