Qərb səbirsizliklə sülhün bərqərar olmasından sonra yolların açılmasını gözləyir.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan bildirib.
“Almaniyada keçirilən görüşlərin gündəliyi əsasən iqtisadi məsələlərə həsr olunmuşdu. Hamını Türkiyə-Ermənistan sərhədinin, eləcə də Azərbaycan-Ermənistan sərhədinin açılması maraqlandırırdı. Çünki Avropada Mərkəzi Asiya və Çinlə bağlı çoxlu layihələr var.
Bu layihələrin məntiqi ondan ibarətdir ki, yüklər Orta Dəhlizdən keçməlidir. Bunun bir yolu Azərbaycan–Gürcüstan–Qara dəniz xəttidir, digər yol isə Azərbaycan–Ermənistan–Türkiyə–Aralıq dənizi və ya Türkiyə vasitəsilə Avropadır. Qərb, bizim kimi, bu yolların açılmasını gözləyir,” – deyə nazir bildirib.
Musavat.com






