İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni nazir nədə ittiham olunur?

497 31.03.2022 13:49 Region A A

Ermənistanın fövqəladə hallar naziri Andranik Piloyanın nədə ittiham olunduğu açıqlanıb. Novator.az bildirir ki, martın 31-də yayılan rəsmi məlumata görə, nazirə xüsusilə külli miqdarda rüşvət almaq ittihamı irəli sürülüb. Onun köməkçisi vasitəsilə qapalı səhmdar cəmiyyətlərin birindən rüşvət aldığı vurğulanır. İş üzrə daha 8 nəfərə ittiham verildiyi, 10 nəfərin isə cinayətdə şübhəli bilindiyi qeyd olunur.

Martın 30-u axşam Andranik Piloyanın tutulduğu xəbəri yayılıb. Onun nazirlikdə aparılan korrupsiya araşdırmaları fonunda saxlandığı vurğulanıb, bildirilib ki, martın 28-də Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları Fövqəladə Hallar Nazirliyinin binasında axtarış aparıb, nazir həmin gün məzuniyyətə çıxıb, martın 29-da isə ifadə vermək üçün Antikorrupsiya Komitəsinə çağırılıb.

1962-ci il təvəllüdlü Andranik Piloyan uzun illər Ermənistan Silahlı Qüvvələrində qulluq edib, hərbi hissənin kəşfiyyat xidmətinin rəisi, batalyon komandiri, hərbi hissə komandirinin müavini-qərargah rəisi, hərbi hissə komandiri, hərbi birləşmə komandirinin müavini-qərargah rəisi, hərbi birləşmə komandiri postları tutub.

Birinci və İkinci Qarabağ müharibələrinin iştirakçısı, general-mayor, Ermənistanın Milli Qəhrəmanıdır.

Fövqəladə hallar naziri vəzifəsinə 2020-ci il noyabrın 20-də təyin olunub.

Ermənistan hökumətinə Vətəndaş Sazişi Partiyasının sədri Nikol Paşinyan başçılıq edir. O, baş nazir postuna 2018-ci il mayın 8-də xalq hərəkatı dalğasında gəlib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR